..::Günahkar cavan::..
aze
28 Dek 2013 / 03:47
Molla Fəthullah Kaşani “Mənhəcus-
sadiq in” təfsirində və Ayətullah
Kəlbasi “Ənisül-ləyl” kitabında nəql
edir:
Malik Dinarın dövründə günahkar
bir cavan dünyasını dəyişdiyi vaxt
camaat onun cənazəsini gətirib bir
zibilliyə atdı.
Həmin gecə Malik Dinara yuxuda
buyuruldu: “Bizim bəndəmizin
bədəninə qüsl ver, onu kəfənə
bürü və salehlərin qəbristanlığınd
a dəfn et.” Malik soruşdu ki, «bu
qədər günaha batmış insan necə
bağışlana bildi?» Cavab verildi ki,
«o, can verdiyi vaxt ağlar gözlə
belə deyirdi: “Ey dünya və axirət
sahibi, rəhm et o kəsə ki, nə
dünyası var, nə axirəti.” (“ya mən
ləhud-dünya vəl-axirətu irhəm
mən ləysə ləhud-dünya vəl-
axirətu”). Malik! Qapımıza gəlmiş
hansı dərdliyə dəva qılmadıq?! Kim
bizim dərgahımıza üz tutub nalə
çəkdi və istədiyi qəbul
olunmadı?!»
“Ənisül – ləyl”, 45
[cavab]
_LEBBEYK_
28 Dek 2013 / 03:51
ehsen exi ehsen
[cavab]
aze
28 Dek 2013 / 04:16
_LEBBEYK_, Allah razı olsun exim
[cavab]
Bölmeye qayıt
0.1556 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az