..::Haramdan qaçaraq,halal ruziyə sahib oldu::..

pol aze 28 Dek 2013 / 01:33
Həzrət Peyğəmbərin (s) zamanında
Mədinədə bir kişi yaşayırdı.
Gecələri oğurluq edir və gündüzləri
isə saleh insan qiyafəsi geyinirdi.
Bir gecə evlərin damına
çıxır və dörd otağı və içərisi
avadanlıqla dolu olan bir evə gəlib
çıxır. İçəridə isə bir qadın görür ki,
təkbaşınadır. Öz-özünə fikirləşir ki,
bu gecəki süfrəm iki bərabər
olacaq: həm evi oğurlayacağam,
həm də
qadını. Elə bu fikirdə idi ki, Allahın
mərhəmət qığılcımlarında n biri
onu da vurur və özünə gəlir. Bir
anlıq Qiyaməti düşünür və öz halı
gözünün önünə gəlir. Bu fikirlə
evin divarından aşağı düşür və
deyir: “Mənim Mövlam! Mən hər
gecə oğurluğa gedirdim və
insanların malını qarət edirdim.
Ancaq bu gecə Sən mənim fikrimi
dəyişdirdin”. Gecəni səhərə qədər
çox peşmanlıq çəkir.
Səhəri məscidə gəlir. Bir nəfər
Həzrət
Peyğəmbərə (s) deyir ki, bir xanım
gəlib, sizinlə işi var. Peyğəmbər (s)
buyurur ki, məscidə daxil olsun.
Qadın gəlir və deyir: “Atam və
anam ölübdür. Evimin bir neçə
otağı vardır və hər biri də
avadanlıqla doludur. Ancaq ərim
də ölübdür. Dünən gecə bir kölgə
gördüm və zənn etdim ki, oğrudur.
Mənim dərdimə çarə edin”.
Peyğəmbər (s) buyurur: “Çətinliyin
nədir?”. Deyir: “Bu gecə o evdə tək
qalmaqdan qorxuram. Əgər
kiminsə arvadı yoxdursa, məni
onunla nikahlayın”.
Peyğəmbər (s) üzünü insanlara
çevirir və həmin oğrunu görüb
buyurur: “Arvadın var?”.
Oğru deyir: “Yox”.
Buyurur: “Evlənmək üçün pulun
var?”. Arvad səslənir ki, mənə heç
nə lazım deyildir.
Peyğəmbər (s) buyurur: “Ağa, bu
xanımı
istəyirsən?”.
Oğru deyir: “Necə
buyurursunuzsa, elə olsun”.
Peyğəmbər (s) onların nikahını
kəsir və həmin kişiyə deyir:
“Gözləmə, xanımının əlindən tut və
get”. Bir yerdə həmin evə gedirlər.
Oğru otaqlara nəzər salıb ağlayır
və arvadına deyir: “Xanım,
dünənki oğru mən idim və Allah
rizası üçün sizdən keçmişdim.
Ancaq Allah mənə bu cür
mərhəmət etdi”.

[cavab]

pol KinG_oF_WorLD 28 Dek 2013 / 01:36
Twk super

[cavab]

pol 4divar@1isiq 28 Dek 2013 / 01:53
aze,

[cavab]

pol Maximum 28 Dek 2013 / 02:14

[cavab]

pol aze 28 Dek 2013 / 02:22
KinG_oF_WorLD, Allah razı olsun

[cavab]

pol aze 28 Dek 2013 / 02:22
Maximum, Allah razı olsun

[cavab]

pol aze 28 Dek 2013 / 02:23
4divar@1isiq, Allah razı olsun

[cavab]

pol Fermer_Asiman 28 Dek 2013 / 02:32
super

[cavab]

pol _LEBBEYK_ 28 Dek 2013 / 03:10
mawAllah exi ehsen

[cavab]

pol aze 28 Dek 2013 / 03:33
Fermer_Asiman, Allah razı olsun

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.2603 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az