Iwde etir vurmaq olmaz cunki....

pol Nurlanichka 14 Okt 2012 / 03:08
Işdə ətir vurmaq olmaz, çünki…
Hava ətirləndiriciləri, ətirli şamlar,
lampalar, avtomobillər üçün
ətirləndiricilər – bütün bunlar
sağlamlığa pis təsir edərək
allergiya, miqren və libidoda
dəyişikliklərə səbəb olur.
Hazırda hər üç insandan biri belə
problemlərlə qarşılaşır. Əsas
problem ətirlərə kontakt allergiya
reaksiyasından yaranan ekzema,
dermatitdir. Ətirləndiricilərin
tərkibindəki molekullar
orqanizmdə qaşınma və dərinin
çatlaması kimi immun reaksiyası
yaradır.
Doktor Süzanna Baron deyir: “İndi
allergik reaksiya ilə bağlı
göstəricilər artır”.
Avropa Birliyinin İstehlak
Məhsullarının Təhlükəsizliyi
Komitəsi ətir istehsalçılarına
məhsulların tərkibindəki potensial
allergenləri göstərməyi tapşırıb.
Bu ilin əvvəlindən bəri isə ABŞ və
Britaniyanın bir çox şəhərlərindəki
iş yerlərində ətirlərdən istifadə
qəti qadağan olunub.
Ətirlərin tərkibindəki allergenlərin
orqanizmə təsirini dərhal
aşkarlamaq olmur. İlk reaksiya
verənlər ekzemalı insanlardır.
Əksər hallarda isə allergen
rolunda ağaclardan alınan
“Myroxyolon balsamum” çıxış
edir.
Doktor Vinsent Martinin dediyinə
görə, ətirləndiricilər burundakı
əsəb hüceyrələrini, o cümlədən
başağrısı ilə bağlı hüceyrələri işə
salır.
Hava ətirləndiriciləri və ətirlər isə
astma tutmaları yaradır.
Amerikalı ekspertlər hesab edirlər
ki, işdə ətirlənmək
tərbiyəsizlikdir. Çünki belə
davranışlı adam iş yoldaşlarının
hormonal fonunu pozur, estrogen
reseptorlarını stimullaşdırır.

[cavab]

pol ozdunyamiz 14 Okt 2012 / 03:13
Ehsen,tewekkur edirem,cox faydali ve maraqli melumatlardir.

[cavab]

pol WanTed 14 Okt 2012 / 03:36
maraqlidi.

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1392 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az