Qizlar bura:)
*Duyqu*
28 Dek 2013 / 00:50
Irmak, yene diym?
[cavab]
Irmak
28 Dek 2013 / 00:51
*Duyqu* twk edirem
[cavab]
Maximum
28 Dek 2013 / 00:51
1 vedre su , 1 kise un qatisdir hamsin , soonra 2 kilo yumurta. 7kilo yag. qatisdir tok qazana . isti suda qaynat . bisenden sonra pasik ve duz elave et. bildircin sudude elave et ve qoy sobaya 56 saat 6 deq 4 san sonra hazir olacaq. otur ye
[cavab]
Irmak
28 Dek 2013 / 00:51
*Duyqu*, yaz ee eve gedende piwirecem:)
[cavab]
Irmak
28 Dek 2013 / 00:51
Maximum,
[cavab]
Irmak
28 Dek 2013 / 00:52
Maximum, bu nediii?
[cavab]
Maximum
28 Dek 2013 / 00:53
Irmak, tort
[cavab]
*Duyqu*
28 Dek 2013 / 00:54
Irmak, Ərzaqlar:
Biskvit üçün:
4 ədəd yumurta
1 stəkan şəkər tozu
1 stəkan un
Korj üçün şirə:
130 qram şəkər tozu
120 ml su
1 x.q. konyak
Süfle üçün:
300 ml qaymaq (33%)
1,5 stəkan şəkər pudrası
20 qram jelatin
Şokolad şirəsi üçün:
2 x.q. xama
50 qram kərə yağı
3 x.q. şəkər tozu
2-3 x.q. kakao
Tortu bəzəmək üçün:
0,5 stəkan qoz ləpəsi
50 qram şokolad
Hazırlanma qaydası:
Biskviti hazırlayıb, sobada bişirin. Sonra biskvit korjunu forma qabından çıxarıb, 8-12 saat müddətində kənara qoyun. Sonra korju iki hissəyə bölüb, hər iki korjun üzərinə hazırladığınız şirəni çəkin.
Sufle hazırlamaq üçün:
1 stəkan südün içinə jelatini töküb, 1 saat ərzində köpənə qədər saxlayın. Sonra odun üstünə qoyub, jelatin tam həll olunana qədər bişirin. Çalışın qaynatmayasız.
Soyudulmuş qaymağı şəkər pudrası ilə yaxşıca çalıb, üstünə bişmiş jelatini əlavə edərək, qarışdırın.
Yumru forma qabına korjun birini yerləşdirib, üstündən sufleni tökün. Sonra suflenin üstündən ikinci korju qoyun. Tortu 2 saat müddətində soyuducuda saxlayın. Sufle donan kimi, tortu soyuducudan çıxarıb, üstünə hazırladığınız şokoladlı şirəni tökün.
Şokoladlı şirəni hazırlamaq üçün:
Qazanın içinə xama töküb, üstünə kərə yağı, şəkər tozu və kakao əlavə edib, vam odda şəkər tozu həll olunana qədər bişirin. Sonra bişmiş şokoladlı şirəni soyumaq üçün kənara qoyun. İstəsəniz, şokoladlı şirə əvəzinə qazanda şokoladı əridib, üstünə süd və bir parça kərə yağı əlavə edin.
Tortu bəzəmək üçün:
Qoz ləpəsini blenderdən keçirib, sürtkəcdən narınlaşdırılmış şokoladla qarışdırın.
Tortun üstünə və kənarlarına şokoladlı şirə çəkin. Sonra üstündən qoz ləpəsi ilə qarışdırılmış şokoladı səpin.
Tortu süfrəyə verərkən, üstünü qoz ləpəsi ilə bəzəyin. Nuş olsun
[cavab]
*Duyqu*
28 Dek 2013 / 00:57
Irmak, Tərkibi:
2 yumurta
2 st. un
1 paket qabartma tozu
400 ml qaymaq
1 3/4 st. şəkər tozu
15-20 ədəd “Rafaello” konfeti
5 paket vanilli şəkər
200 q xama
1 qutu kokos yonqarı
Sobanı 170 dərəcəyədək qızdırın.
2 yumurta, 1 st. şəkər tozu, 2 vanilli şəkər paketini qarışıb möhkəm köpük alınanadək çalın. 200 ml qaymaq əlavə edib çalmağa davam edin. Un, qabartma tozu əlavə edib yaxşıca qarışdırın.
Xəmiri yağlanıb perqament döşənmiş formaya tökün. Sobada 25 dəqiqə bişirin. Sonra biskviti soyudub iki korja bölün.
Krem üçün xamanı, 200 ml qaymağı, 3/4 st. şəkər tozunu və 3 paket vanilli şəkəri çalın (qatı krem alınmalıdır).
Birinci korjun üzərinə 1-1,5 sm qalınlıqda krem çəkin. 6 “Rafaello” konfetini blenderdə xırdalayıb kremin üstünə səpin. İkinci korju qoyun, üzərinə və tortun kənarlarına kremin qalanını çəkin. “Rafaello” konfetlərini iki bölüb üzərinə düzün, üstünə kokos yonqarı səpin.
Nuş olsun!
[cavab]
DoDakDaN_kaLbe
28 Dek 2013 / 01:04
*Duyqu*, 1cisi movzu acilibsa adi ne olur olsun musteqildi hami,gorduyun kimi menden bawqa oglanlarda var. 2cisideki movzu senin deyil.
[cavab]
Bölmeye qayıt
0.1417 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az