Qizlar bura:)

pol Irmak 28 Dek 2013 / 00:24
salam kim tort ve yaxud keks reseppti bilir yazsun yeni ilde biwirim:-D

[cavab]

pol *Duyqu* 28 Dek 2013 / 00:33
hmmm

[cavab]

pol DoDakDaN_kaLbe 28 Dek 2013 / 00:36
Burdaki qizlar tort resepti yoxe motmutu kompotunun reseptini bile bilerler)

[cavab]

pol *Duyqu* 28 Dek 2013 / 00:39
DoDakDaN_kaLbe, ay qaqasin movzunun adina bax sora girde movzuya.

[cavab]

pol VIP_MaestrO 28 Dek 2013 / 00:44
Xanimlar seher yoldasima deyerem yazar onda resept coxdu.ele bu nikle yazacaq.

[cavab]

pol Irmak 28 Dek 2013 / 00:45
DoDakDaN_kaLbe, movzulari qariwdimisan diyesen movzunun adina baxda

[cavab]

pol Irmak 28 Dek 2013 / 00:47
VIP_MaestrO, pis olmaz:)

[cavab]

pol *Duyqu* 28 Dek 2013 / 00:47
Irmak, wokoladli tortu diyim?

[cavab]

pol Irmak 28 Dek 2013 / 00:48
*Duyqu*, he diiii:)

[cavab]

pol *Duyqu* 28 Dek 2013 / 00:49
Irmak, Şokoladlı tort hazırlamaq
Published by Yemək Saytı on Perşembe, Ekim 24th, 2013
0 Tərkibi:

şokoladlı laylar:
hər biri 150 q olmaqla tünd, südlü və ağ şokolad
450 ml 35%-li qaymaq (hər laya 150 ml)
30 q jelatin (hər laya 10 q)
150 q kərə yağı (hər laya 50 q)

biskvit:
4 yumurta
1 st şəkər tozu
1,5 st. un
2 x.q. kakao
1 paket qabartma tozu

Qaymağı soyuducuda bir neçə saat saxlayın.

Hazırlanması:

4 yumurtanı 1 st. şəkər tozu ilə çalın. 1,5 st. unu 2 dolu xörək qaşığı kakao və 1 paket qabartma tozu ilə qarışdırıb buraya əlavə edin. Xəmiri içinə perqament döşənibyağlanmış siniyə tökün. Sobada bişirin. Hazır olub-olmadığını kibrit və ya diş çöpü ilə yoxlayın. Hazır korju soyudun. Sonra isə kənarları açılan formanın diametrində dairə kəsin (məsələn, diametri 26 sm).

Biskvitin qalanını pirojna üçün istifadə edə, yaxud tortun kənarlarına vurmaq üçün xırdalaya bilərsiniz.



Dairəvi korju formanın içinə qoyun (formanın kənarlarına əvvəlcədən plyonka yerləşdirin). Şəkər tozu, vanil və sudan şərbət hazırlayıb korja hopdurun (mürəbbə suyundan da istifadə edə bilərsiniz). Soyuducuya qoyun.

Tünd şokolad layı: 10 q jelatinin üstünə 2 x.q. su tökün. 150 q tünd şokoladı su hamamında əridin, kərə yağı əlavə edin. Paralel olaraq 150 q soyuq qaymağı qatı köpük alınınca çalın, soyuducuya qoyun. Şişmiş jelatini əriyənədək qızdırın. Ələkdən keçirib isti yağlı-şokoladlı qarışığa əlavə edin (hər ikisi çox qaynar olmamalıdır, ilıq olsa, daha yaxşıdır), soyuducudakı qaymağı da qatıb eynicinsli kütlə alınanadək çalın. Soyuducudakıbiskviti çıxarın, bu qarışığı üstünə çəkib yenə soyuducuya qoyun.

Bu lay bərkiyəndən sonra eyni qaydada südlü şokoladla, sonra isə eynilə ağ şokoladla laylar hazırlayıb formanın içinə, bir-birinin üstünə tökün.

Soyuducuda bir neçə saat saxlayın (yaxşı olar ki, gecədən səhərədək), formanın kənarlarını açın, plyonkanı çıxarın, üzərini zövqünüzə görə bəzəyin.

Nuş olsun!
red. *Duyqu* (28.12 /00:49)

[cavab]

[1] 2 3 4 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.266 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az