..::Cinlər haqqında nə bilirik?::..
aze
27 Dek 2013 / 02:19
Allahın yaratdığı canlı növlərindən
biridir. Mələklər və insanlar kimi
şüura malikdirlər. Lakin
mələklərdən fərqli olaraq, həm də
iradə azadlığına və seçki ixtiyarına
sahibdirlər. Belə ki, cinlərin də bir
qismi mömin, bir qismi kafirdir
(insanlar kimi).
«Cinn» kəlməsi ərəb dilində
«gizlənmək, görünməmək»
mənasını bildirən «cənnə»
felindən törəyib. Ümumiyyətlə,
ərəb dilində bu feildən törəmiş bir
neçə söz vardır ki, bunların
hamısında gizli olmaq,
görünməmək xüsusiyyəti vardır.
Məsələn, ərəb dilində bağçaya
«cənnət» deyirlər; çünki ağacların
budaqları altında görünməz olur.
Zireh, sipər «cünnə» adlanır; çünki
onun vasitəsilə bədəni təhlükədən
gizlədirlər. Ana bətnindəki rüşeym
də gözlərdən gizli olduğu və bir
çox xüsusiyyətləri bilinmədiyi
üçün, «cənin» adlanır. Ağlını itirmiş
insana isə ona görə «məcnun»
deyirlər ki, onun ağıl və şüuru
sanki gizlənib yox olmuşdur.
Cinlərin mahiyyəti barədə
məlumatlar məhdud və
ziddiyyətlidir. Qəti məlum olan
budur ki, onlar alovdan
yaradılmışlar: «Can tayfasını daha
öncə tüstüsüz oddan xəlq
etmişdik» («Hicr», 27; burada
«can» sözü «cin» kəlməsinin
cəmini və ya cinlərin ulu əcdadını
bildirir). Cinlər adi gözlə
görünməyən bədənə malikdirlər.
İstədikləri şəklə düşə bilirlər.
Amma mələk və peyğəmbər
şəklinə düşə bilməzlər. Əksər
hallarda heyvan (xüsusilə, ilan)
şəklində insanların gözünə
görünürlər. Cinlər də insanlar kimi
yeyib-içir, artıb-çoxalırla r. Onların
bəziləri Həzrət Mühəmməd
Peyğəmbərə (s) iman gətirmiş və
müsəlman olmuşlar: «Onu da
xatırla ki, bir zaman bir dəstə cini
Quranı dinləmək üçün sənin
yanına göndərmişdik. Onlar onu
dinləməyə hazır olduqda (bir-
birinə): «Qulaq asın!» - dedilər və
(Quran oxunub) qurtardıqdan
sonra (həmcinslərini Allahın əzabı
ilə) qorxudanlar sifəti ilə öz
qövmlərinin yanına
qayıtdılar» («Əhqaf», 29). Şiə
məzhəbində məsum sayılan
imamların da cinlərlə görüşmələri
və onların suallarına cavab
vermələri barədə rəvayətlər
vardır.
Cinlər də insanlar kimi öz
əməllərinə cavabdehdirlər və
qiyamətdə buna görə sorğu-sual
olunacaq, mükafata və ya əzaba
layiq görüləcəklər. Allah-təala
Quranda buyurur: «Mən cinləri və
insanları yalnız mənə ibadət etmək
üçün yaratdım» («Zariyat», 56).
«Artıq Rəbbinin (mələklərə dediyi)
: «Mən cəhənnəmi (Allahı inkar
edən) bütün cinlər və insanlarla
dolduracağam!» - sözü tamamilə
yerinə düşdü» («Hud», 119).
Cahiliyyə dövründə ərəblər cinləri
tanrının övladları sayır, onları
Allaha şərik qoşurdular. Qurani-
kərim bu əqidəni qətiyyətlə rədd
edir və Allahın övladı olmadığını
bildirir («Saffat», 138; «Ənam»,
100).
Qurani-kərimin bir çox ayəsində
insanlarla yanaşı, cinlərə də
müraciət edilir («Ənam», 130;
«Rəhman», 31, 33). Bu, İslam
dininin, Quranın və Həzrət
Mühəmməd Peyğəmbərin (s)
cinlərə də göndərilmiş olduqlarını
sübuta yetirir.
Qurani-kərimin son surəsi olan
«Nas» surəsində insanlarla yanaşı,
cinlərin də şərrindən Allaha
sığınmaq tövsiyə ediilr:
«O şeytan ki, insanların ürəklərinə
vəsvəsə salır; cinlərdən də olur,
insanlardan da» («Nas», 5-6).
Kafir cinlərin xüsusiyyətləri isə
Quranda belə təsvir edilir: «Biz
cinlərdən və insanlardan bir
çoxunu cəhənnəm üçün yaratdıq.
Onların qəlbləri vardır, lakin onunla
anlamazlar. Onların gözləri vardır,
lakin onunla görməzlər. Onların
qulaqları vardır, lakin onunla
eşitməzlər. Onlar heyvan
kimidirlər, bəlkə də, daha çox
zəlalətdədirlər » («Əraf», 179).
[cavab]
ErRoR_FoRMaT
27 Dek 2013 / 02:26
Hamısını oxudum və xoşuma gəldi.Allah razı olsun, qardaşım.
[cavab]
aze
27 Dek 2013 / 02:37
ErRoR_FoRMaT, Allah sene yar olsun
[cavab]
_LEBBEYK_
27 Dek 2013 / 02:42
ehsen exim
[cavab]
aze
27 Dek 2013 / 02:43
_LEBBEYK_, Allah razı olsun
[cavab]
zekow
27 Dek 2013 / 02:46
ela Allah razi olsun
[cavab]
aze
27 Dek 2013 / 03:02
zekow, Allah sene yar olsun
[cavab]
Arc_Cinus
27 Dek 2013 / 13:11
Maraglidi cinlerin oldugunu bilirdim. Ama bu qeder melumatim yox idi. TWK-lar.
[cavab]
aze
27 Dek 2013 / 14:05
Arc_Cinus, Allah razı olsun
[cavab]
Bölmeye qayıt