..::Göz dəyməsi necə olur? Bunun qarşısını necə almalı?::..

pol aze 26 Dek 2013 / 22:21
Göz dəyməyə inam hissi hələ qədim zamanlardan mövcuddur. Adətən, onu dəf etmək üçün müxtəlif vasitələrdən istifadə edərdilər. Bir şeyi tərifləyən zaman insanlar göz dəyməsin deyə “Maşaallah” sözünü işlədirlər. Yaxud qurban kəsər və sədəqə verərlər. Çünki bu əməllər onları pis gözlərdən qoruya bilər. (Tebyan)
Göz dəyməyə əgər tərif vermək istəsək, deyə bilərik ki, bir insanın gözündən başqalarına ziyan dəyməsinə deyilir. Bu cür insanları gözü dəyən, insanlar adlandırırlar. Bu adamlar pis niyyətli də ola bilər, yaxşı niyyətli də.
Bəs Quran bu haqda nə deyir?
Təfsirçilərin nəzərinə görə, müqəddəs Quranın iki ayəsi göz dəyməyə aiddir. “Və (onları yola salarkən) dedi: «Ey mənim oğullarım, hamınız bir qapıdan (şəhər darvazalarından və ya Əzizin sarayının qapılarından) daxil olmayın. Müxtəlif qapılardan daxil olun (ki, həsəd edənlərin həsədinə, ya bədnəzərlilərin xətərinə, yaxud saray adamlarının bədgümanlığına düçar olmayasınız). Mən heç vaxt Allah tərəfindən olan bir şeyi sizdən dəf edə bilmərəm. Mütləq hökm və (varlıq aləmi üzərində) hakimiyyət yalnız Allaha məxsusdur. Mən Ona təvəkkül etdim və təvəkkül edənlər gərək yalnız Ona təvəkkül etsinlər»”. (“Yusif” 67).
Bu ayədən də göründüyü kimi, Həzrət Yəqub (ə) oğlanlarını yol salan zaman onlara bəzi tövsiyələr verir. Bu tövsiyənin mənasını isə təfsirçilər belə izah edir ki, əgər insanlar 11 qardaşı bir yerdə görsəydilər və onların qardaş olduğunu bilsəydilər, onlara göz dəyərdi. Onlar ataları ilə görüşməyə gələn zaman sıraya düzülmüşdülər və bu zaman Həzrət Yəqub (ə) başa düşdü ki, onların bu vəhdətini dağıda bilərlər və sayları azala bilər. Bunu hiss edən zaman onlara tövsiyə edir ki, cəm halında gəzməsinlər. Onlara əmr edir ki, müxtəlif qapılardan şəhərə daxil olsunlar. Bu yolla təfriqənin qarşısını alıb, onların vəhdətini qorumağa cəhd etmişdi.
Həzrət Yəqub (ə) bütün hər şeyin Allahın qüdrətinə tabe olduğunu söyləyib buyurdu: “Mütləq hökm və (varlıq aləmi üzərində) hakimiyyət yalnız Allaha məxsusdur. Mən Ona təvəkkül etdim və təvəkkül edənlər gərək yalnız Ona təvəkkül etsinlər”. Onları bəladan xəbərdar etməklə yanaşı, Allaha təvəkkül etməklərini də söyləyir. Bu yolla peyğəmbər (ə) bildirmək istəyir ki, insan əlindən gələni etməlidir, ancaq eyni zamanda hər bir işində Allaha təvəkkül etməlidir. Çünki hər bir şey Onun iradəsi ilə baş verər və heç bir şey Ondan gizli deyildir.
“Həqiqətən, kafir olanlar bu zikri (Qur’anı) eşidən zaman, az qalırdı səni gözləri(nin nəhsliyi) ilə titrətsinlər! Və (Qur’anı dərk etməkdən aciz olduqlarına görə, onu gətirənin barəsində) deyirlər: «Həqiqətən, o, bir divanədir!»”. (“Qələm” 51). Bu ayənin təfsirində təfsirçilər deyir ki, kafirlər Həzrət Peyğəmbərdən (s) Quran ayələrini eşidən zaman o qədər qəzəblənib, narahat oldular ki, ona düşməncəsinə nəzər saldılar və sanki gözləri ilə Həzrəti (s) məhv etmək istəyirdilər.
Göz dəyməyə əgər məntiqi çərçivədən yanaşsaq, görərik ki, heç də qeyri-mümkün bir şey deyildir. Belə ki, bu günün təbabəti sübut etmişdir ki, bəzi insanların gözündə xüsusi maqnit qüvvəsi vardır ki, təsir etmək qabiliyyətinə malikdir. Hətta təmrin edərək, bu qüvvəni inkişaf etdirmək olar. Bəzilərinin müşahidəsinə görə belə insanlar gözlərinin köməyi ilə insanları və heyvanları əldən sala bilirlər.
Hədislərin birində oxuyuruq ki, Əsma binti Əmis Peyğəmbərin (s) xidmətində deyir: “Bəzən Cəfərin ovladlarına göz dəyir. Bunun üçün dua yazdırsaq, necə olar?”. Həzrət Peyğəmbər (s) buyurur: “Bəli, heç bir maneəsi yoxdur. Əgər qəza və qədərdən qabağa düşəcək bir şey varsa, o da göz dəyməkdir”.
İmam Əli (ə) buyurur: “Göz dəymək - haqdır və onu dəf etmək üçün duaya təvəssül etmək də haqdır”.
İmam Əli (ə) buyurur: “Peyğəmbər (s) İmam Həsən (ə), İmam Hüseyn (ə) üçün göz dəyməyin qarşısını alan dua oxuyur: “Sizi Allahın gözəl adlarına, kəlamlarına ölümün şərindən, zərərli heyvanlardan və pis gözlərdən və paxıllıq edən paxıl gözlərdən tapşırıram”. Sonra Peyğəmbər (s) bizə nəzər saldı və buyurdu: “Həzrət İbrahim İsmayil və İshaqa üçün bu cür dua etmişdi””.
Nəzərə alaq ki, bu qüvvə hər bir insanda olmur. Əgər bu qüvvə insanlara ziyan vurursa - şərdir.
Deməli, göz dəymək vardır və onun qarşısını almaq üçün dua və təvəssül də vardır.
Beləliklə, deyə bilərik ki, göz dəymək mümkün bir işdir, ancaq bu zaman xurafi işlərə əl atmaq düzgün olmaz. Çünki bu, İslam dininin əleyhinə olan bir işdir. Filosofların, alimlərin də bir çoxu bu məsələni təsdiq etmiş və onun haqqında danışmışdılar. Hədislərə söykənərək, onun qarşısını almaq üçün tövsiyələr vermişdilər. Məsələn, Ayətullah Behcət buyurur ki, tilsimi və göz dəyməsini aradan qaldırmaq üçün sədəqə verin, “Nas” və “Fələq” surələrini deyin və “Lə həvlə vəla quvvətə illə billəh” zikrini deyin.

[cavab]

pol Fighter 26 Dek 2013 / 22:51
Sagol melumat verdiyive gore

[cavab]

pol aze 26 Dek 2013 / 23:26
Fighter, Allah sene yar olsun

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2338 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az