..::Görmək::..

pol aze 26 Dek 2013 / 05:05
Bir gənc oğlan tanınmış ruhaninin
görüşünə gedib
ondan nəsihət istədi. Ruhani onu
pəncərənin
qarşısına dəvət edib nə görürsən?
- soruşdu. Gənc
cavab verdi:
-Yoldan keçənləri görürürəm. Yol
kənarında oturub
dilənən qocanı görürəm...
Ruhani
bu dəfə gənci güzgünün qarşısına
gətirdi və
soruşdu:
-İndi nə görürsən?
-Özümü görürəm dedi gənc.
Ruhani nəsihət məqamının
çatdığını görüb dedi:
-Şüşə ilə güzgü eynidir, aralarında
bir fərq var ki,
güzgünün arxasına gümüş tozu
çəkilib. Onu
şüşədən üstün edən həmin
gümüşdür. Demək, adi
şüşə yoxsul insan kimi ətrafı
görür, ayna isə
gümüşünə görə varlı adam kimi
yalnız özünü görür.
Bil ki, bu gümüş pərdəni
gözlərindən çəkməsən
həqiqəti, ətrafdakıları görə
bilməzsən.

[cavab]

pol _LEBBEYK_ 26 Dek 2013 / 08:35
MawAllah exim

[cavab]

pol aze 26 Dek 2013 / 08:55
_LEBBEYK_, Allah razı olsun exim

[cavab]

pol zekow 26 Dek 2013 / 12:06
super

[cavab]

pol aze 26 Dek 2013 / 12:10
zekow, Allah razı olsun

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1923 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az