Alimler qadinlari imtina etmeye cagirir.

pol Nurlanichka 13 Okt 2012 / 19:13
Alimlər qadınları kosmetik
vasitələrdən və parfümeriyadan
imtina etməyə çağırır
ABŞ-ın Boston şəhərindəki Briqam
Qadın Hospitalında aparılmış
araşdırmaların nəticələrinə görə
süni qaralma effekti yaradan
kremlər, kosmetik vasitələr,
dırnaq və saç laklarından çox
istifadə edən qadınlarda şəkərli
diabet riski dəfələrlə artır.
20-80 yaş arasındakı 2350
amerikalı qadının cəlb olunduğu
tədqiqat zamanı alimlər kosmetik
vasitələrin tərkibindəki maddələr
ilə orqanizmdəki metabolik
pozuntular arasında birbaşa əlaqə
aşkarlanıb.
Kosmetik vasitələrin tərkibində
ftalatların, xüsusilə də mono-
benzil və mono-izobutil ftalatların
çox olması qadınların
orqanizmlərində şəkərli diabet
riskini minimum iki dəfə artırır.
Bundan başqa, lak və kremlərdən
çox istifadə edən qadınlarda
insulin rezistentliyi də qeydə
alınıb. Ftalatlar dırnaq və saç
laklarında, kremlərdə, xüsusi
kosmetik sabunlarda, bahalı
şampunların tərkibində
müvcuddur. Onlar xassə etibarilə
insan orqanizmindəki hormonlara
bənzəyirlər. Kosmetik vasitələr və
parfümeriyadan çox istifadə edən
qadınlarda ftalatlar yağ
toxumasının metabolizminə
müdaxilə edir, orqanizmdə ciddi
fəsadlar yaradır.
Alimlər qadınları belə kosmetik
vasitələrdən və parfümeriyadan
imtina etməyə çağırıblar.

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1612 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az