..::Quranın Xətmi::..

pol aze 25 Dek 2013 / 20:57
Təqvalı bir şagird ustadının yanına
gəlib deyir: "Mən hər gecə bir
Quran xətm edirəm, amma onun
ləzzət və nurunu hiss etmirəm".
Ustad deyir: "Qıflı açmamısan və
batini müşahidə etməmisən.
Mütəal Allah Quranda buyurur:
"Onlar Quran barəsində
düşünməzlərmi? Yoxsa ürəklərinə
kilid vurulmuşdur?" ("Muhəmməd"
surəsi, ayə 24.)
Bu gecə Quran oxuyanda təsəvvür
et ki, mən sənin yanındayam.
Şagird sabah gəlib ustada deyir:
"Quranın yarıdan artığını oxuya
bilmədim". Ustad deyir: "Bu gecə
təsəvvür et ki, Peyğəmbərin (s)
səhabəsi Salman sənin
yanındadır". O gecənin səhəri
şagird ustada deyir: "Yalnız
Quranın üçdə birini oxuya bildim".
Ustad bu dəfə deyir: "Bu gecə
təsəvvür et ki, Peyğəmbərin (s)
hüzurunda tilavət edirsən". Şagird
sabah gəlib deyir: "Təkcə "Həmd"
surəsini oxuya bildim". Ustad bu
dəfə deyir: "Bu gecə təsəvvür et
ki, Allahın hüzurunda oxuyursan".
Səhər ustada xəbər verdilər ki,
şagird olübdür. Ustad onu yuxuda
gördü və məsələnin həqiqətini
ondan soruşdu. Şagird dedi:
"Allahdan istədim ki, Peyğəmbərin
(s) bərəkəti xatirinə Quranın nur
və bərəkətini mənim ürəyimə nazil
etsin. Belə də oldu. Amma hətta
"Bismillahir-rə hmanir-rəhim"i də
oxuya bilmədim. "Bismillah"ı
başladım, taqətim tamam oldu".

[cavab]

pol Maximum 25 Dek 2013 / 21:09
tsk qaqa

[cavab]

pol aze 25 Dek 2013 / 21:12
Maximum, Allah razı olsun

[cavab]

pol zekow 25 Dek 2013 / 21:32
ela twk

[cavab]

pol Aslan_Pencesi 25 Dek 2013 / 21:42
aze,

[cavab]

pol aze 25 Dek 2013 / 21:48
zekow, Allah razı olsun

[cavab]

pol aze 25 Dek 2013 / 21:49
Aslan_Pencesi, Allah razı olsun

[cavab]

pol *Duyqu* 25 Dek 2013 / 22:47
twk Allah razi olsun

[cavab]

pol aze 25 Dek 2013 / 23:13
*Duyqu*, Allah size yar olsun

[cavab]

pol @BAKILI_BALASI@ 25 Dek 2013 / 23:21
cox ela

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.2306 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az