Dost secende ehtiyatli olun
aynur653*
25 Dek 2013 / 05:14
Həyatda özünə yaxşı dost seçə bilmək insandan çox böyük bacarıq tələb edir. Mühit, ətrafdakı insanlar istər-istəməz hər kəsə öz təsirini göstərir. Ozü də bu təsir çox güclü, bəzən insanın xasiyyətində müəyyən dəyişikliklər edə biləcək qədər böyük ola bilir. Unutmayın ki, xarakterik formalaşmasında tərbiyənin çox böyük rolu var və hər kəs də həyatda gördüklərindən, ətrafında yaşananlardan öyrənə-öyrənə yetkinləşir. Amma bir məsələ də var ki, oturub-durduğumuz adamları, yaxın dostları biz özümüz seçirik.
Əlbəttə, bu işdə də böyüklərimizdən bizlərə çox dəyərli tövsiyyələr var. Böyüklərimiz əxlaqlı, davranışlarından, söhbətlərindən yaxşı şeylər öyrəndiyimiz, hər dəfə görəndə də könlümüzə xoş duyğular bəxş edən insanlarla oturub-durmağı, dostluq etməyi bizə tövsiyyə ediblər. Həqiqətən də diqqətlə düşünsək, görəcəyik ki, ətrafımızda elə adamlar var. Onların yanında pis söz danışa bilmirsən, artıq-əskik hərəkət eləmirsən, ciddi olursan, sadəcə yaxşı işlər görmək haqqında düşünürsən.
Unutmaq ki, hər kəsin öz iqlimi, öz atmosferi var. Ona görə də dost seçəndə məhz belələrini seçin ki, bu münasibətdən fayda görəsiniz.
Elə adam da var ki, fikri-zikri alıb-aldatmaqdır, gözü onun-bunun əlində, başqalarına əziyyət verməkdən ləzzət alır, ciddiyyətdən uzaq, danışdığı yalan, özü fır-fırıldaq... bəli hər cür adam var.
Yaxşı və pis dostlar haqda ən dəqiq resept kimi bir söz var: Yaxşı dost əttar, yəni çeşid-çeşid ətriyyat növləri hazırlayan və satan adam kimidir. Sən onun yanına gedərsən, sənə xoş qoxular bağışlayar. əgər bir şey bağışlamasa belə, onun xoş qoxusu sənin də canına hopar və oradan ayrılandan sonra uzun müddət səndən gözəl qoxu gələr. Pis dost da dabbaqçı, yəni heyvan dərisini aşılayıb onu istifadəyə yaralı hala gətirən sənətkar kimidir.məlumdur ki, aşılama zamanı həm dəridən, həm də işlədilən kimyəvi maddələrdən çox ağır, ürək bulandıran iy ilə yanaşı toz da yayılır. O iy və toz sizin də üst-başınıza hopur və getdiyiniz hər yerdə insanların ürəyini bulandırır.
Dost seçəndə diqqətli olun. Atalarımızın bir sözünü də sizlərə xatırlatmağı lazım bilirik: Dostunu göstər, sənin kim olduğu deyim.
[cavab]
K_G_T__KING
25 Dek 2013 / 05:43
[cavab]
Gizir
25 Dek 2013 / 05:49
eLeRiNe SaGLiQ.
[cavab]
Ayla
25 Dek 2013 / 05:55
duzdu ureem cox saol
[cavab]
aynur653*
25 Dek 2013 / 05:58
Dostluq ürəkdir,bəzən ürək uğruna ölməkdir, kim bilir bəlkədə bənövşəyi dağlarda bir çiçəkdir, dostluq məndən artıq hər şeydən öncə sən deməkdir...
[cavab]
_LEBBEYK_
25 Dek 2013 / 06:00
bu dunyada
En gozel dost Allahdir
[cavab]
aynur653*
25 Dek 2013 / 06:04
Gəldiyi vaxt boşluq doldurulan bir dost deyil, getdiyi vaxt yeri doldurulmayan bir dost ol.
[cavab]
aynur653*
25 Dek 2013 / 06:17
Dostun sən ağlayanda sənin gözündə gülüşlər açdırandır..
[cavab]
_Djaka_
25 Dek 2013 / 14:01
aynur653*,
[cavab]
Bölmeye qayıt