..::əsgərin yuxusu::..
aze
23 Dek 2013 / 02:18
Bakıya bu gün yağış yağıb. Hər
şey həmişə olduğu kimi idi.
Yağışın damcıları pəncərədə
görünürdü, bu mənzərəni hər
zaman sevmişəm. Yerimdən
qalxıb dərhal eyvana qaçdım. Saat
5:00 olardı. Prospektin görünüşü:
Qara asfalt yağışdan biraz da
tündləşmişdi. Sarı işıqlar isə təkcə
küçəyə yox həm də duyğularıma
işıq salırdı. İçimnən hamını və hər
şeyi sevmək keçirdi. Bakıya bu
gün yağış yağıb. Yarpaqlar
üzərində kiçik gölməçələr sərçələr
üçün böyük bir hədiyyə idi.
Sərçələr heç vaxt Vətəni tərk
etmir, Təbiət də onları bu cür
xırda gözəlliklərlə sevindirir.
Dərindən nəfəs aldım. Sanki ilk
dəfə nəfəs alırdım. Çətinlikləri
görmüş hüceyrələrim məhv olur,
sevgi oduyla alışanları isə yenicə
doğulurdu. Əynimə qalın bir şey
atıb gəzməyə çıxdım. Bu küçənin
doğmalığını hər addımda hiss
edirdim. Yol boş olsa da, ürəyim
doluydu və hər addımı atdıqca
sanki sənə yaxınlaşırdım, nə
qədər uzaqda olduğunu dərk
etsəm də…Uzaqdan eyvanımıza baxdım,
qaranlıq idi, hamı yatırdı. Küçədən
keçənlər isə mənə fikir
vermirdilər.
Hər halda ya sərxoş idilər ya da
fikirli. Mən də fikirliydim, daim
səni
düşünürdüm.
Biraz keçdikdən sonra isə bir
qəribəlik fikrimi səndən ayırdı.
Bakıya yağış yağırdı. Amma
damcılar nədənsə mənə
toxunmurdu, həyəcanlandım və
biraz qorxdum.
Yerdəki gölməçədə əksimi
görməyəndə isə nə hiss etdiyimi
belə anlamadım. Hər şey mənə bir
səsdən sonra aydın oldu: “BÖLÜK
QALXXX !” Ehh… Bu yuxu imiş…
Axşam xəbərlərdə eşitmişdim ki,
“Bakıya bu gün yağış yağıb”.
Özüm bacarmasam da, ruhum
Bakının yağışına olan sevgisinə
sadiq qaldı. Səhər isə ruhum mənə
pıçıldadı: “Bakıda artıq yarpaqlar
saralmağa başlayıb, yaşıllaşanda
sən də evdə olacaqsan…”
[cavab]
**Memo**
23 Dek 2013 / 02:20
superdi
[cavab]
aze
23 Dek 2013 / 02:22
**Memo**, Allah esgerlerimizi qorusun
Allah razı olsun
[cavab]
**Memo**
23 Dek 2013 / 02:24
Inwallah urek. Butun esgerlerimiz sag salamat qayitsin
[cavab]
aze
23 Dek 2013 / 02:29
**Memo**, Inşallah,sen heç narahat olma,dualarımız onları qoruyur
[cavab]
**Memo**
23 Dek 2013 / 02:35
aze,
[cavab]
aze
23 Dek 2013 / 02:37
**Memo**, aglama ,onsuzda aglamaqının heç bir xeyiri yoxdu ona
[cavab]
KrutoY_YeTiM
23 Dek 2013 / 03:24
men meyveler yetiwende evde olacaqdim..Amma cox heyif.
Mövzuya gore twkr
red. KrutoY_YeTiM (23.12 /03:24)
[cavab]
zekow
23 Dek 2013 / 03:32
superdi
[cavab]
aze
23 Dek 2013 / 03:42
KrutoY_YeTiM, Allah kömeyin olsun
[cavab]
Bölmeye qayıt
0.1826 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az