Seni çoooox sevirem unvanlidir
Co_umur_UnuQuRu
23 Dek 2013 / 00:39
Mən sənin varlığını
sevirəm,yoxluğunu sevirəm.
Sənin səsini, gülüşünü, sənin
üçün darıxmağı, heç görməsəm
belə səninlə olmağı sevirəm. Heç
qorxmuram səni sevməkdən.
Şəkildən hər mənə baxışında
gözlərində oxuduğum o
duyğunu, gözlərindəki gözlərimi
sevirəm.Sənin dodaqlarındaki
sözlərimi sevirəm,yenə də
qorxmuram səni sevməkdən.Mən
səndəki o istiliyi, sənə olan
uzaqlığı sevirəm.Təkliyimi,
ayrılığını sevirəm çünki onların
da səbəbi sənsən. Mən ən çox
mənim sənə olan sevgini
sevirəm.
Dünyaya sığdıra bilmədiyim səni
ürəyimə sığdırmaq
istəyirəm.İçimdən sənə doğru
minlərcə yollar keçir. Yenə də
qorxmuram səni sevməkdən.Səni
yalnızca sən olduğun üçün
sevirəm, mən səni ən çox özüm
üçün sevirəm. Gözlərimi hər
açdığımda səni düşünməyi
sevirəm, hər gecə yatmadan
əvvəl səni sevdiyim ağlıma
gəlincə, sənsiz oyanmağı belə
sevirəm.
Məni isidən günəş səni də isitdiyi
üçün sevirəm səni, bu dünyada
mənimlə yaşadığın üçün sevirəm
səni. Mənimlə eyni torpağa ayaq
basdığın üçün, eyni səmaya
baxdığın üçün sevirəm səni.
Gecələri mənim üzümə vuran ay
işığı sənin də gözlərinə vurduğu
üçün sevirəm. Hər mənə
baxışında səni sevdiyimi
xatırlamağı sevirəm.
O qədər çox sevirəm ki, səni
sevməyi, sən olduğun üçün
həyatımda özümü belə sevirəm.
Qəlbimi sevirəm səni sevdiyi
üçün, gözlərimi sevirəm sənə
baxdığı üçün. Ruhumu sevirəm
sənin ruhuna bu qədər yaxın
olduğu üçün. Sənə olan sevgimə
oxşayan bütün sevgiləri sevirəm
mən, yenə də qorxmuram səni
sevməkdən.O qədər çox sevirəm
ki səni, səni itirmək qorxusunu
belə içində sən olduğun üçün,
qorxumun səbəbi olduğun üçün,
o qorxumu da sevirəm.Yenə də
qorxmuram səni
sevməkdən,çünki səni sevirəm
[cavab]
Edik__
23 Dek 2013 / 00:48
super elaaadi
[cavab]
055
23 Dek 2013 / 00:50
superr elaaaadı
[cavab]
@@Aysen@@
23 Dek 2013 / 01:00
kime yazmisizsa super yazmisiz ellernize sagliq
[cavab]
1MaNaT
23 Dek 2013 / 02:19
Meni?
[cavab]
FUAD235
23 Dek 2013 / 03:03
Mene yazilib 100%
[cavab]
_Djaka_
23 Dek 2013 / 03:19
mene yazmsan?)
[cavab]
ismet
23 Dek 2013 / 03:46
Goren kimdi bu bextever? Kaş bizimde bele sevdiyimiz olaydı.))). Lap paxilliğim tutdu)). Amma meslehetdiki özüne deyesen bunlari yoxsa hec vaxt bilmeyecek)))
[cavab]
@YGUN
23 Dek 2013 / 22:41
ay cok romantik
[cavab]
Love[or]die
24 Dek 2013 / 00:36
mence senin sevgine o insan layiq deyil ozunu bu qeder yorma!!!!!
red. Love[or]die (24.12 /00:40)
[cavab]
Bölmeye qayıt