..::Müsahibə::..

pol aze 21 Dek 2013 / 05:20
Bir gün yuxuda Allahdan
müsahibə
götürdüyümü gördüm. Soruşdum:
Ya
Rəbbim, Sənin vaxtın varmı?.
Allah cavab verdi: "Əbədilik Mənim
zamanımdır".
Soruşdum: "İlahi, Səni insanlarda
ən çox təəccübləndirən nədir?"
Allah buyurdu: Uşaqlıq illəri onları
bezdirər və tez böyümək istərlər.
Böyüməyə tələsərlər, böyüdükdə
isə
yenidən uşaq olmaq arzusunda
olarlar.
Daha çox qazanmaq, daha artığını
əldə etmək üçün sağlamlığını itirər,
sonra isə
qazandıqlarını onu bərpa etməyə
xərclərlər. Bəndələrim yaşadığı
günü
unudub gələcəyi barədə düşünər,
xəyallar qurarlar. O qədər unutqan
olarlar ki, ətrafdakılara əhəmiyyət
vermədən xəyalında qurduğu
gələcəkdə yaşayarlar. Nəticədə
həm bu
günü, həm də gələcəyi itirərlər.
Onlar
heç ölməyəcək kimi ömür sürər və
elə
ölərlər ki, sanki heç vaxt
yaşamayıblar Bir anlıq sükut hökm
sürür. Sonra
soruşuram: Allahım! Bəndələrinin
Səndən hansı dərsləri almasını
istərdin?
Allah cavab verir: Qoy insanlar
bilsinlər
ki, kimsəni səni sevməyə vadar
etmək
olmaz, onlar sadəcə sevilməyə
şərait yarada bilərlər. Bilsinlər ki,
özlərini
başqaları ilə müqayisə etmələri heç
də
yaxşı iş deyil. Mərhəmət və
əfvimdən
ibrət alaraq qoy onlar da bir-
birlərini
bağışlamağı öyrənsinlər. Bilsinlər
ki, bir
insanın qəlbini qırmaq, onu
yaralamaq bir neçə saniyə çəkə
bilər, lakin həmin
yaranı sağaltmaq üçün illər lazım
ola
bilər. Unutmasınlar ki, dövlətli pulu
çox
olan deyil, ehtiyacı daha az olan
şəxsdir. Qoy bilsinlər ki,
ətraflarında
onları sevən, lakin hisslərini ifadə
etməyi bacarmayan insanlar var.
Bilsinlər ki, iki insan eyni şeyə
baxa,
lakin fərqli şeylər başa düşə bilər.
Bilsinlər ki, başqalarını bağışlamaq
kifayət etmir, insan həm də özü-
özünü
bağışlamağı bacarmalıdır. Dedim:
"Şükürlər olsun Sənə, Allahım!
Mənə zaman ayırdığın üçün Sənə
minnətdaram. Sonda bəndələrinə
demək istədiyin başqa bir şey
varmı?"
Allah buyurdu: Bəndələrim bilsinlər
ki,
Mən hər zaman onlar üçün varam
və onlara çox yaxınam

[cavab]

pol FUAD235 21 Dek 2013 / 05:23
Allah razi olsun cox gozel movzu idi!

[cavab]

pol aze 21 Dek 2013 / 05:27
FUAD235, Allah sene yar olsun

[cavab]

pol PORSCHE 21 Dek 2013 / 06:10
aze, Allah razı olsun.

[cavab]

pol aze 21 Dek 2013 / 06:14
PORSCHE, Allah sene yar olsun

[cavab]

pol __R_A_U_L__ 21 Dek 2013 / 12:46
aze, tewekkurler.Ela movzudur

[cavab]

pol Lost_Love 21 Dek 2013 / 13:37
Hamisi duzdu qaqa allah razi olsun

[cavab]

pol aze 21 Dek 2013 / 18:56
__R_A_U_L__, Allah razı olsun

[cavab]

pol aze 21 Dek 2013 / 18:56
Lost_Love, Allah razı olsun

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1984 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az