..::Şeytan insanı hansı tələlər vasitəsilə çaşdırır?::..
aze
21 Dek 2013 / 04:53
Əllamə Məclisi İmam Rzadan (ə)
belə
hədis nəql etmişdir: “Şeytan
Adəmin (ə)
vaxtından Həzrət İsanın (ə)
vaxtına
qədər peyğəmbərlərə (ə) zahir
olardı.
Onlarla danışar və onlara sual
verərdi.
Peyğəmbərlər işərisində Həzrət
Yəhya (ə)
şeytanla daha çox ünsiyyət
bağlamışdır.
Bir gün Həzrət Yəhya (ə) ona
deyir: “Ey
Əbu Mərrə! Mən səndən bir şey
istəyirəm”. Şeytan dedi: “Sənin
məqamın
ucadır və mən sənin sualına cavab
verə
bilmərəm. Elə bir şey soruş ki,
onunla müxalifətlik
etməyim”. Yəhya (ə) deyir:
“İstəyirəm ki, bəni-
Adəmi ovladığın tələləri mənə
göstərəsən”.
O məlun qəbul edir və cavabı
sonrakı günə
saxlayır. Sabahısı günü Həzrət
Yəhya (ə) evində
şeytanı gözləyir. Birdən qarşısına
bir sifət zahir
olur və bu, meymuna oxşayırdı,
bədəni donuz
bədəni idi. Çənəsi və boynu yox
idi. Dörd əli var
idi: iki əli sinəsində, iki əli də
çiynində idi.
Ayağının arxa hissəsi qabaqda və
dırnaqları da
arxada idi. Əynində qəbası vardı,
üzərindən də
kəmər bağlamışdı. Bu kəmərin
üzərindən müxtəlif
rənglərdə zəncirlər asılmışdı.
Bəziləri qırmızı və
bəziləri də yaşıl rəngdə idi. Əlində
böyük bir zəng
tutmuşdu və üzərindən saxta
qəlplər asılmışdı.
Həzrət Yəhya (ə) onu bu halda
görəndə soruşur ki,
belinə bağladığın kəmər nədir?
Dedi: “Bu,
bütpərəstlik və atəşpərəstlikdi r
ki, mən ixtira
etmişəm və onu bəzəmişəm ki,
insanlar rahatlıqla
onu qəbul etsinlər”.
Soruşur: “Bu rəngli zəncirlər
nədir?”. Dedi: “Bu
fəsad törədən qadınlardır və onlar
müxtəlif
rənglərdə bəzənərək, insanları
yolundan
azdırırlar”.
Soruşur: “Bu zəng nədir?”. Deyir:
“Bu şərab
içənlərin keçirtdikləri ləzzətlərdir.
Tar və kaman
kimi alətlərdir. Şərab içən bunların
səsini eşidən
zaman rəqs edər, ya qarnına vurar,
ya da
paltarını soyunar”.
Yəhya (ə) soruşur: “Bəs səni ən
çox nə
sevindirir?”. Deyir: “O qadınlar ki,
həyadan
uzaqdırlar. Bu qadınlar mənim
tələlərimdir. Məni
lənətləyən zaman qadınların
yanına gedirəm və
onların vasitəsilə öz hacətimi
yerinə yetirirəm”.
Yəhya (ə) soruşur ki, başındakı bu
papaq nədir?
Deyir: “Mən bu papaqla özümü
yaxşıların
lənətindən qoruyuram”. “Bəs bu
qəlplər nədir?”
Deyir: “Bu qəlplərin vasitəsilə
yaxşı insanları
aladadıb, özümə tərəf çəkirəm”.
Soruşur: “Heç olub ki, mənə tələ
qurmusan?”.
Deyir: “Yox, ancaq səndə elə bir
xüsusiyyət vardır
ki, mən onu çox sevirəm”.
Soruşur: “Bu, nədir?”, Deyir:
“Yemək yeyən
zaman tox olana qədər yeyirsən.
Çox yeməyin
nəticəsində ağırlaşırsan və ibadətə
gec qalxırsan.
Bu, məni sevindirir”.
Yəhya (ə) bu sözləri eşidən zaman
deyir: “Bundan
sonra Allahla əhd bağlayıram ki,
heç bir zaman
yeməyi doyunca yeməyəcəyəm”.
Şeytan deyir:
“Mən də Allahla əhd bağlayıram ki,
bundan sonra
heç bir müsəlmana nəsihət
verməyəcəyəm ki,
Qiyamətə çata biləm”.
Bu söhbətdən sonra şeytan
Yəhyadan (ə) ayrılır və
bir daha Yəhyanın (ə) yanına
gəlmir”.
[cavab]
**Memo**
21 Dek 2013 / 12:19
superr
[cavab]
aze
21 Dek 2013 / 18:53
**Memo**, Allah razı olsun
[cavab]
Bölmeye qayıt