..::Atanın duası::..
aze
20 Dek 2013 / 06:39
Əmirəl-möminin (ə) Həzrət
Müctəba (ə) ilə Məscidul-həramd a
əyləşmişdi.
Birdən ürəkləri yandıran və sızıltılı
bir səslə
inilti və zarıltı eşidir. O, deyirdi: “Ey
Allahım!
Bütün çətinliklərin həll açarı Sənin
əlindədir!
Ey Allahım! Ağrıları aradan
qaldırırsan! Ey
Allahım! Çarəsizin Səndən başqa
yardımı
yoxdur! Ey Allahım! Hələ də üzümə
bağlı olan
yollara görə etdiyim dualarıma
diqqət
etməyəcəksənmi? Bura Məscisul-
həramd ır.
Əgər dua burada yerinə yetmirsə,
harada
yerinə yetəcəkdir?”.
İmam Əli (ə) Həzrət Müctəbaya (ə)
buyurur: “Bu
nalə və duanın sahibini yanıma
gətir!”. Həzrət (ə)
nalə sahibinin yanına gedir və
görür ki, bir
cavandır. Bədəninin bir tərəfi
işləmir. Allaha dua
edib, ağlayır. Buyurur: “Cavan,
İmam Əlinin (ə)
yanına gəl!”. İmam (ə) buyurur:
“Niyə bu qədər
nalə edirsən?”. Dedi: “Bədənimi
görürsünüz ki,
quruyubdur və işləmir. Həyat
mənim üçün çətin
olmuşdur”. Həzrət (ə) buyurur: “Bu
bəlaya necə
düçar oldun?”. Dedi: “Cavanlığımın
ilk vaxtlarında
günah işlədirdim. Atam bu işdən
çox narahat
olurdu. Dəfələrlə məni nəsihət
edirdi. Mən isə
onun nəsihətinə fikir vermirdim.
Bir dəfə mənə
dedi: “Ya günahdan əl çəkirsən, ya
da Məscidul-
hərama gedib, sənə lənət
oxuyaram”. Dedim:
“Əlindən gələni əsirgəmə”. O,
Məscidul-hərama
getdi və ağlayaraq, mənə lənət
oxudu. Qəfildən
bədənim qurudu və bu hala
düşdüm. Atamın yanına
tələsdim. Başımı dizinə qoyub
dedim: “Səhv
etmişəm, pis iş görmüşəm. Bu
çətinliyin həlli sənin
əlindədir. Belə ki, Peyğəmbər (s)
buyurur:
“Atanın övladına görə etdiyi dua
qəbul olar” ”.
Atam mənə baxıb dedi: “Oğlum,
gəl Məscidul-
hərama gedək və sənə lənət
dediyim yerdə sənin
üçün dua edim. Atamı dəvəyə
mindirdim, Məscidul-
hərama tərəf yola düşdük. Yolda
daşların
arxasından quşlar uçmağa başladı
və dəvə hürkdü.
Atam dəvənin üstündən yerə
düşüb, öldü. Onu elə
həmin yerdə basdırdım”.
Həzrət (ə) buyurdu: “Atan
Məscidul-hərama
getdiyinə görə səndən razı imiş.
Mən də atanın
razı olduğuna görə sənin üçün dua
edərəm”. Bu
zaman əlini dua üçün qaldırır və
bu cavana işarə
edərək, dua edir. Həzrətin (ə) duası
qurtarmamış,
cavan sağlamlığına qovuşur.
[cavab]
@n@a@z@a@
20 Dek 2013 / 06:41
COX GOZEL ALLAH KOMEYINIZ OLSUN
[cavab]
aze
20 Dek 2013 / 06:59
@n@a@z@a@, Allah size yar olsun
[cavab]
@n@a@z@a@
20 Dek 2013 / 07:07
AMIN SIZEDE
[cavab]
aze
20 Dek 2013 / 07:15
@n@a@z@a@, teşekkür
[cavab]
zekow
20 Dek 2013 / 07:33
chox gozel twk
[cavab]
aze
20 Dek 2013 / 07:34
zekow, Allah razı olsun
[cavab]
Bölmeye qayıt
0.173 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az