Balaca qizin dilinden heyatin esl üzü

pol KrutoY_YeTiM 17 Dek 2013 / 22:08
Mən anamı və atamı çoox sevirəm... Hər uşaq
sevər anasını,atasını. Amma mən hamıdan çox
sevirəm. Çünki biz imkansız ailəyik. Mən sizlər
kimi deyiləm. Yox,məni pis başa düşməyin. Biz
hamımız insanıq. Hamımızın
problemləri,çətinlikləri olur...Amma mən həyata göz açdığım andan bəri tək problemim var.
Özdə çox çirkli problemdir: PUL...Nə qədər
balaca olsamda gördüm onun bütün
çətinliklərini...Yadıma gəlir, bir dəfə evdə çox
az miqdarda yemək qalmışdı. Atam da,anam da
işsz idi. Demək olar ki,borc pul hesabına dolanırdıq. Mən məktəbdən evə gəldim,
ayaqqabılarım cırılmışdı. Və çox ac idim. Anamın
atama dediklərini eşitdim. O evdə ərzaq
qalmadığını deyirdi. O an içəri girdim. Anam otur
qızım sənə yemək verim dedi...Mən isə... Yox
ana acmamşam hələ,dərslərimi hazırlayım sonra yeyərəm...Halbuki çox acmışdım.
Tərslikdən məktəbdəki uşaqlar ayaqqabım
cırılıb deyə mənə lağ edirdilər. Çox pis
olmuşdum...Onlar hər dəfə yeni paltarlar
geyinirdi. Yox,paxııllıq eləmirdim. Sadəcə mən
də istəyirdim... Axı mənim onlardan fərqim nə idi? Atam və anamdan nəsə istəməyə xəcalət
çəkirdim. Bəs mənim günahım nə idi? Balaca
bacım var idi. Hələ birinci sinifə gedirdi. Yadıma
gəlir bir dəfə məktəbdən evə gəlirdi o
şirinquş istədi... Elə pis oldum ki,cibimdə bircə
qəpik pulum yox idi... O an ürəyimdə dedim ALLAHım nə olar mənə göstərdiyin yoxluğu
göstərmə ona... Mən onun böyük bacısı idim
amma ən kiçik şirinquş istədiyini də yerinə
yetirə bilməmişdim. Səhəri gün özümün çox
sevdiyi bir oyuncağını 20 qəpiyə görə
dostumla dəyişdim. Və bacıma şirinquş almışdım. Onun gözündəki sevinc hər şeyə
dəyərdi. Və sabah ad günüm idi. Anamla atam
mənə təzə ayaqqabı almışdı. Elə çox sevinirdim
ki,bir tərəfdən mənə görə borca
girməklərinə üzülürdüm. O gün ad günü
keçirməyə imkanmız olmamışdı amma olsun... Təzə ayaqqabım var idi daha heç kəs mənə
istehza ilə baxmayacaqdı...

[cavab]

pol Seyyid 17 Dek 2013 / 22:42
.....
red. Seyyid (17.12 /22:45)

[cavab]

pol Seyyid 17 Dek 2013 / 22:44
Cox gozel...

[cavab]

pol Elikram 17 Dek 2013 / 23:05
cox gozel

[cavab]

pol MeN_eLe_MeNeM 17 Dek 2013 / 23:56
super

[cavab]

pol ErRoR_[=NiKo=] 18 Dek 2013 / 00:33

[cavab]

pol (melek) 18 Dek 2013 / 00:43
Ela, super

[cavab]

pol salamm 18 Dek 2013 / 15:32
heyat heyat aCILI WIRIN gunlerle dolu heyat.

Djaka

[cavab]

pol NoName 18 Dek 2013 / 17:25
tesir elediye

[cavab]

pol *Duyqu* 18 Dek 2013 / 17:29
aydaaa bu ne idi???cox pis oldun

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.2217 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az