DiQQeT .......*_ ClaSSiC_*

pol *_ClaSSiC_* 17 Dek 2013 / 03:18
"Qabaqlar nə "Facebook" bilərdik nə
də
"Twitter". Nə Kim Kardashian`ı
tanıyırdıq nə
də Justin Bieber`i. Bir Angelina Jolie
var idi
bir də Brad Pitt. Mobil telefonlarla,
"Whatsapp"la böyümədik biz.
Pokemonlarla
böyüdük. Cedrik`lə böyüdük.
Digərlərindən
fərqlənən, Facebook`da 3000 dənə
dostu
olan və statuslarına 2000 like gələn
deyildi.
Ən çox kimin topu var idisə o idi
digərlərindən fərqlənən "11 duş"
oynayanda. Məhlədə toz içində
oynuyurduq, yıxıla-yıxıla böyüyürdük,
dizlərimiz qanayırdı. Qabıq tutanda da
yaranı qopartmağı sevirdik. Qar
yağanda
lambir tapıb, üstündə oturub, buzda
sürüşərdik. Əzələli və yaraşıqlı
oğlanlar ;
seksi və gözəl qadınlar deyildi
xəyalımızdakı
insanlar. Ana və atalarımızdı.. Həmişə
onlar
kimi olmaq istəyirdik. Əvvəllər gerçək
olmadığını bildiyimiz halda
"Qulyabani"dən
qorxardıq. Bizi "Bunu eləməsən
interneti
bağlayacam, luna parka
aparmayacam!"
kimi şeylərlə qorxuzmurdular. Kəndə
gedəndə ağaca dırmanmaq idi ən
böyük
xəyalımız, "necə edim daha çox
diqqət
çəkim" kimi bir şey deyildi. Birindən
xoşumuz gələndə ona məktub
yazardıq,
günlərlə necə bu məktubu
verəcəyimizi
düşünərdik, partada adımızın baş
hərflərin
yazardıq, daha facebook`da profilini
axtarmazdıq. Dürtməzdik. Dostluq
atmazdıq. Ən azından xoşumuza
gələn
qızında gic stili, 15 sevgili ilə
təcrübəsi,
"Balamın balasının balasıyam" kimi
ləqəbi
və yekə iplərdən ibarət şuzikləri
olmazdı. Ən
azından düşünə bilən qız facebook`da
oğlanlarla rahat söyüşlə danışa bilən
qız
sayılmazdı. Ən azından bir qıza
baxanda
seks qoxusundan çox, gül qoxusu
alardıq.
Məktəbdə müəllimlərimizin heç vaxt
yemək
yeməyini və tualetə getməyini
fikirləşə
bilmirdik. Ağlımıza gəlmirdi. İndi
sosial
şəbəkələrdə müəllimlər şagirdləriylə
dərsdən başqa hər şeydən danışır.
Seksi qız
şəklinə işarətləyirlər bir-birlərini
bəzən. Hanı
indi o bloklarda "fişka" oynayan
uşaqlar?
"Love is" saqqızının şəkillərini yığan
uşaqlar?
Samakat düzəltmək üçün paselnik
axtaran
uşaqlar? Evə çörək aparmağı, yıxılanı
qalxızmağı "Kişilik" bilirdik. İndi,
siqaret
çəkib, facebook`da like yığıb, küçədə
qızlara
söz atmağın "Kişilik" olduğu
düşünülür. Ən
bahalı telefonu işlətməyin, planşetinin
olmağının, ipodunun olmağının,
"BBM",
"Facebook", "Twitter", "Whatsapp"
hesabları
olmağının, malakanda yatmağın,
"Bombalıq" sayıldığı bir gündəyik
yəni. Çox
yox, 4-5 il bundan qabaq idi
dediklərim. Biz
böyüdük və kirləndi dünya? Nə oldu
axı bu
qədər dəyişəcək? Keşkə yenə dəcəl bir
uşaq
olsaydıq və yenə dizlərimiz
qanasaydı".

[cavab]

pol X_men_ 17 Dek 2013 / 03:21
heyif o gunler

[cavab]

pol ErRoR_FoRMaT 17 Dek 2013 / 03:22
Duzdu vallah.esasende lambir meselesi
red. ErRoR_FoRMaT (17.12 /03:23)

[cavab]

pol ErRoR_CaVo 17 Dek 2013 / 03:25
*_ClaSSiC_*, can ay brat.derdin boyukduki)

[cavab]

pol Nado2 17 Dek 2013 / 04:08
Duzdur twk

[cavab]

pol Topaz 17 Dek 2013 / 06:04
Menim uwaqliqimda lambirin yox idi. Top meselesi lam duzdu. Menim uwaqliqim muharibe iline teseduf eliyib. :(

[cavab]

pol 4divar@1isiq 17 Dek 2013 / 11:31
Duzdu brat.

[cavab]

pol Artyomski 17 Dek 2013 / 13:18
Düzdür evvel eleydik...

[cavab]

pol salamm 17 Dek 2013 / 13:30
heyif o gunler bir sozle heyif.

Djaka

[cavab]

pol Aslan_Pencesi 17 Dek 2013 / 14:20
*_ClaSSiC_*, twk brat sag ol duzdu

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1615 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az