Maraqlidir..,.
KrutoY_YeTiM
16 Dek 2013 / 20:44
1.oğlan: Mənimlə sevgili olarsan??
qız:Yoxxx
oğlan : Mən nə dedimki??
qız : Mənimlə sevgili olarsan?
oğlan : Nə deyirəm, olaq da.... 2.qız: Canım, dünya dağılsa özünlə 3 nəfər kimi
götürərdin?
oğlan : Atamı,anamı və sevdiyim qızı...
qız : Caaann elə mən də bu cavabı gözləyirdim...
oğlan : Aydaaa, 4 nəfər desəydin səni də
götürərdimeee.... 3.qız : Əzizim, mənə bilmədiyim birşey yaz...
oğlan : Bir şey ayrı yazılır.. 4.oğlan : Ərə getmisən??
qız : Yox...
oğlan: Bəs nə vaxt gedəcəksən??qız :
Universiteti bitirəndən sonra...Bəs sən
evlənmisən?
oğlan : Yox... qız : Bəs nə vaxt evlənəcəksən?
oğlan : Sən universiteti bitirəndən sonra...
red. KrutoY_YeTiM (16.12 /20:48)
[cavab]
*Duyqu*
16 Dek 2013 / 20:46
twk
red. *Duyqu* (16.12 /20:49)
[cavab]
ibos1234
16 Dek 2013 / 20:53
ne murt oglansan e twk
-di
[cavab]
KrutoY_YeTiM
16 Dek 2013 / 20:56
1.Bir narkoman kilsəyə gəlib orda yanan
şamlari söndürməyə başlayir.Bunu görən keşiş
qaçaraq gəlib şamlari yandirir.Narkoman keşişi
itələyib deyir:Sən nə edirsən bu gün mənim
ad günümdü.
2. Təzə ərə getmiş qadin üz gözü qaralmiş
halda ailə həkiminin yanina gəlir.Həkim
deyir:Bildiyimə görə sizin əriniz səyahətdədi
axi.Bəli,mən də elə bilirdim...
3. Bir nəfər televiziya kanalına məktub yazır:
"Sizdən xahiş edirəm. Xəbərlər vaxtı ekranın
altında heç bir reklam yazısı yazmayın. Arvadım
elə bilir karaokedir.
4. Gecə vaxtı oğul atanın çarpayısına yaxınlaşır: -
Ata, sən yatmısan? - Hələ yox. - Onda mənə pul
ver - Oğlum mən yatmışam
5. Müəllim : - Deyirsən ki, sinif yoldaşin Əkrəm
səni meymun adlandirib. Bəlkə bu sözü sənə
hirsləndiyindən təsadüfən deyib ? Şagird : -
Yox yox müəllim, nə danişirsınız ? O, uzun-uzadi
mənə baxandan sonra belə dedi
6.Müəllim : - Sənin riyaziyyat məsələni yenə
anan həll edib ? Şagird : - Üzr istəyirəm,
neyləyim ? Atam da mənim kimi riyaziyyatdan bir wey qanmir:))
[cavab]
Fighter
16 Dek 2013 / 21:00
Twk super
[cavab]
KrutoY_YeTiM
16 Dek 2013 / 21:05
7. Bir ovçu digərine deyir : - Köpeyinizi almaq
istəyirəm. Amma onun sahibinə necə sadiq
oldugunu bilmirəm ? - Çox sadiqdir. 100 % əmin
ola bilərsiniz. - Necə sübu edə bilərsiz ? - Bunu
size sübut etmək çox asandir. Mən onu 5 dəfə
satmişam, hər dəfə qaçib gəlib
8. Molla arvadi ilə gölə paltar-palaz yumağa
gedir. Bunlarin başı qarışır, bir qarğa sabunu
götürüb uçur. Arvad bunu görüb qışqırır : - A
kişi, qoyma ! Qarğa sabunu apardi. Molla dedi : -
Görmürsən, yazığın üst-başi qap-qaradır. Niyə
qoymuyum ? Lazım olmazsa aparmaz ki ...
9. İki dəli dəniz kənarında gəzirlər.Biri o
birinə:
-Buna bax ee, ölü quş.
O birisi göyə baxıb:
-Hanı?
10. Bir nəfər meşədə azır.Başlayır qışqırmağa:
-Kömək edin!!!!!!!!
Hiss edir ki, arxadan səs gəlir.Çönüb, görür ki,
ayı öz mağarasından çıxır.Ayı deyir:
-Nə olub? Nə qışqır -bağır salmısan?
-Azmışam meşədə! =( -Bildim də, bəs niyə qışqırırsan?
-Deyirəm bəlkə, kimsə səsimi eşidər.
Ayı qollarını çirmələyərək, kişiyə men esitdim.Sene bu lazim idi?
[cavab]
KrutoY_YeTiM
16 Dek 2013 / 21:10
11. İki nəfər söhbət edir:
- O gün bütün qəzetlərə, elan vermişəm ki,
özümə qadın, ömür gün yoldaşı axtarıram.
-Nədir, cavab verən olmadı?
-Ehhh, 1 kisə məktub gəlib. Sadəcə 90% də
yazılıb ki: "Sən canın gəl mənimkini apar,canım qurtarsın!".
12. Sənin ərinin ixtisası nədir?
-Alkaqolik
-Yox, mən ixtisasını soruşuram, alkoqolik vaxt
öldürmək üçün sənətdir.
-Demə,demə. O bu işə tam ciddiyyatı ilə yanaşır.
13. Heyvanalr yığışıb çayda körpü tikmək
qərarına gəlirlər. Bütün lazım olan materialları
çağırıb qurtarandan sonra Şir hamını çağırıb
soruşur ki, sualı olan var, ya yox. Uzunqulaq irəli
çıxıb deyir:
- Axı heç demədiz, körpünü çayın uzununa tikəcəyik, yoxsa eninə? 14. Erməni Moskva kitabxanasında bir kitab
axtarır, lakin tapa bilmir. Kitabxanaçı ondan
soruşur:
-Ay bala, nə axtarırsan,
Erməni:
-"Ermənistanın qədim tarixi”ni – deyir. Kitabxanaçı:
-Nağıl və fantaziya ikinci bölümdədir.:D
[cavab]
KrutoY_YeTiM
16 Dek 2013 / 21:15
Er arvadına:
-Bir də pul istəməkdən ötrü məni öpmə.
-Elə de ki, bir daha öpüşməyəcəyik də...
16. Arvad ərinə:
-Ay kişi, mənə avtobus pulu ver.
-Xırdam yoxdur, on manarlıqdır.
-Ver, görünür, taksi ilə getməli olacağam.
17. Həkim: -Siz çox gərginsiniz? Gərək bir az
rahatlanasız... Məsələn, mən belə hallarda
arvadımı götürüb restorana gedirəm...
-Məsləhətə görə çox sağ olun həkim, mən elə
belə də edərəm. Sizin arvadınız indi hardadır?
18. Qadın çığır-bağirla polis bölməsinə daxil olur:
-Ərimi tapın, mən onsuz yaşaya bilmirəm, o isə
itib.
-Bu nə vaxt baş verib?
-Bir həftə əvvəl.
-Bəs, indi niyə xəbər verirsiz? -Bu gün onun maaş günüdür.
19. Hakim müttəhimə:
Siz yumurtalarla birlikdə toyuğu da oğurladınız?
-Əlbəttə, mən qərara gəldim ki, balaları anadan
ayırmaq olmaz.
red. KrutoY_YeTiM (16.12 /21:16)
[cavab]
XINIS
16 Dek 2013 / 21:21
[cavab]
KrutoY_YeTiM
16 Dek 2013 / 21:21
21.Bir gun peltek polise zeng vurub deyir:
-Alo poooollliiiisdiiir?
Polis:
-He.
Peltek:
-Burada meyit var gelin aparin daaa. Polis:
-Haradadir?
Peltek:
-Ssssss..
Polis:
-Samaxinkada? Peltek:
-Yox.
Polis:
-Sablonda?
Peltek:
-Yoxxx. Polis:
-Davay ee atdan burdan.Bir de zeng etsen gelib
seni tutacam.
Peltek yene bir defe zeng vurur.Amma yene
adresi deye bilmir.Bir saat kecir...
Peltek: -Alo polisdir?
Polis:
-Beli.
Peltek:
Burada meyit var gelin aparin daaa.
Polis: -Haradadir?
Peltek:
-Sssss...
Polis:
Samaxinkada?
Peltek: -Yox.
Polis:
-Sablonda?
Peltek:
-He.
Polis: Bes bayaq deyirsen orada yoxdu?!
Peltek:
-Indi surutdeye-surutdeye getirmisem deee..
red. KrutoY_YeTiM (16.12 /21:22)
[cavab]
Bölmeye qayıt
0.2476 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az