..::Hansı mahnı haramdır?::..
aze
15 Dek 2013 / 23:14
Cavab: Quranın ayələri və Əhli-beyt
(ə) hədislərində musiqinin xüsusi
bir növü olan «ğina» haram
buyurulmuşdur. Bəzi dinşünasların
fikirincə, İslam ümumiyyətlə
bütün musiqiləri qadağan edir.
Əslində, Peyğəmbər dövründə
musiqiyə sərt münasibətin əsasını
həmin dövrdə yalnız ğinanın
mövcudluğu təşkil edir. İstər
musiqisi, istər sözləri insanda
yalnız mənfi hisslər aşılayan
ğinanın haram buyurulması,
məntiqə uyğundur.
Ğina insanı ruhi tarazlıq
vəziyyətindən çıxarır, onu eyş-
işrətə, əxlaqsızlığa sövq edir.
Qurani-kərimin «Fürqan» surəsinin
72-ci ayəsində buyurulur: «Allahın
xalis bəndəsi o şəxslərdir ki, batilə
şahid durmaz, puç bir şeylə
rastlaşdıqda, ondan üz çevirib,
keçərlər». İmam Sadiq (ə) bu ayə
haqqında buyurur: «Bu ayədə
ğina nəzərdə tutulur».
Musiqisi və sözləri insanı doğru
yoldan azdıran ğinanın insan
mənəviyyatına bir çox mənfi
təsirləri vardır:
«Ğina oxunan ev qəm-qüssədən
amanda qalmaz», «Ğina oxunan
evdə dua qəbul olmaz», «Ğina
oxunan evə mələk nazil olmaz» .
Haram musiqinin bir digər mənfi
xüsusiyətlərind ən biridə insanı
özünə narkotik maddə təsirində ki
kimi özünə bağlamasıdır.İn san
heç cür musiqidən qopa bilmir.
Ona görədə insan çalışmalıdır ki
dini və vətənpərvər mövzüda olan
musiqilərdən başqa digər mahnı
növlərindən çəkinsin. Bu ilk başda
çətin görünsədə əslində bir dəfə
telefon yada komputer bu
mahnılar silinsə bir daha meyl
olmayacaq.
[cavab]
*Duyqu*
15 Dek 2013 / 23:18
Allah razi olsun
[cavab]
**BradYaqa**
15 Dek 2013 / 23:22
ALLAH razi olsun 1ilden coxdur demek olar ki musiqiye qulaq asmiram.
[cavab]
aze
15 Dek 2013 / 23:28
*Duyqu*, Allah sene yar olsun
[cavab]
aze
15 Dek 2013 / 23:28
**BradYaqa**, Allah sene yar olsun
[cavab]
Bölmeye qayıt