Maraqli hekayə…»2

pol (=KraL=) 15 Dek 2013 / 22:33
Həyatını günahlarla doldurmuş bir
adam, yağışlı və palçıqlı bir gündə
ayağı sürüşür və yerə yıxılır. Yıxılan
zaman üstündəki paltarları
çirklənməsin deyə əlləri ilə yerdən
tutur və ayağa qalxır.Yerdən
tutuduğu üçün sağ əli daha çox
çirklənmişdi. Amma bu bədəvi və
mədəniyyəti olmayan biri, əlini
yumaq yerinə, bir yerə silməyi
üstün tutur. Siləcək bir yeri
olmadığından, həmin anda yoldan
keçən bir uşağın başını oxşayaraq
əlini silir və ordan ayrılar. Bu
hərəkətdən uşağın xəbəri belə
olmur. Adam qısa bir müddət sonra
günahlarına tövbə edəcək fürsət
belə tapmamış vəfat edir.
Getdiyi yer mələklər tərəfindən
göstəriləcəyi zaman çox qorxur,
çünki həyatı büs-bütün günahlarla
dolu idi. Cəhənnəmi gözləyərkən
həmin anda mələklər ona cənnət
bağçalarından bir bağça göstərirlər.
Adam çaşıb qalır və bu qədər günahı
olduğu bir halda necə olur ki, Allah
ona cənnəti bəxş edir? O quluma
söyləyin, bir gün əli palçığa
bulaşdığında, o, əlini silmək üçün bir
uşağın başını oxşamışdı. Etdiyi
hərəkət yalnış olsa belə, o uşaq
yetim idi. Kimsə ona yaxınlaşıb
başını oxşamamışdı. O qulum pis
niyyətli olsa da, o yetimi o qədər
sevindirdi ki; mən də, o, gözəl
yetim qulumun hörmətinə, o,
günhkar qulumu bağışladım.
Peyğəmbərimizdən bir hədis:
«Kim məhəbbətlə əlini bir
yetimin başına çəksə, Allah
qiyamət günü yetimin başındakı
tükün sayı qədər ona nur
bağışlayacaq»...


Maraqli hekayə…»1
red. (=KraL=) (15.12 /22:43)

[cavab]

pol 4divar@1isiq 15 Dek 2013 / 22:40
Eeelllaaa

[cavab]

pol SuPeR_BoY 15 Dek 2013 / 23:05
(=KraL=),

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2024 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az