Maraqli hekayə…»
(=KraL=)
15 Dek 2013 / 22:24
Allahın sevimli qullarından biri bir
yuxu görür; yuxusunda ona belə
deyilir: "Səhər olunca, qarşına ilk
çıxanı ye, ikinci çıxanı saxla, üçüncü
çıxanın diləyini qəbul et, dördüncü
gələni üzmə, beşincidən də qaç!"
Səhər oldu; çölə çıxdı. Yola qoyulub
getdi. Qarşısına bir dağ çıxdı. Bu
böyük dağı görüncə çaşdı. Öz-
özünə belə dedi: Rəbbim mənə
bunu yeməmi əmr etdi. Sonra belə
dedi: Rəbbim mənə gücümün
çatmayacağı bir şeyi əmr etməz.
Onu yeməyə qərar verdi. Dağa
doğru getdi. Yaxınlaşdıqca dağ
kiçildi. Tam yaxınlaşdığı zaman
böyük dağ bir loxmaya çevrilmişdi.
Onu tutub yedi, baldan şirindi.
Allaha həmd etdi, yoluna davam
etdi. Qarşısına qızıldan bir ləyən
çıxdı. Belə dedi: Rəbbim, bunu da
saxlamamı əmr etdi. Bir çuxur qazdı,
onu basdırdı. Getdi, az getdikdən
sonra dönüb baxdı. Ləyən torpaq
yüzünə çıxmışdı. Geri döndü, təkrar
basdırdı. Bir az getdi; baxdı ki, yenə
çıxmış bir daha basdırdı, yenə
torpaq üstünə çıxdı. Öz-özünə,
"Mən əmr ediləni etdim." deyərək
buraxıb getdi. Qarşısına bir quş çıxdı.
Arxasından bir şahin onu qovurdu.
Quş ona belə dedi: "Ey Allahın
sevimli qulu, məni gizlət. Mənə
kömək et." Onu götürdü.
Allahın sevimli qulu Qoynuna
gizlətdi. Arxasından şahin gəldi; belə
dedi: "Ey Allahın sevimli qulu, mən
acam. Səhərdən bəri də bu quşun
arxasındayam. Onu tutmaq
istəyirəm. Qismətimə mane olma.
Öz-özünə belə dedi: "Üçüncünün
diləyini etməm əmri verildi, etdim.
Dördüncünü üzməməyim əmr
edildi. İndi nə edəcəyəm? Bu işə
çaşdı. Sonra bıçaq götürdü;
özündən bir parça ət kəsdi, şahinə
atdı; o da qapıb qaçdı. Daha sonra
quşu buraxdı. Bundan sonra, çıxıb
getdi. İylənmiş bir leş gördü. Onu
da buraxıb qaçdı. Axşam olunca bu
duanı etdi: "Ya Rəbbi, əmrini yerinə
yetirdim. Bu işlərin mənası nə isə
mənə bildir." Daha sonra,
yuxusunda belə izah edildi: "Birinci
görüb yediyin hirsdir. Əvvəl böyük
bir dağ kimi görülər; səbirlə hirs
udulsa, baldan şirin olar. İkincisi
yaxşı əməlindir. Nə qədər saxlasan
saxla; yenə meydana çıxar.
Üçüncüsü, sənə buraxılan bir
əmanətdir, ona xəyanət etmə.
Dördüncüsü budur: Bir insanın sənə
bir diləyi çatsa, onu yerinə yetir;
istəsə sənə lazım olan bir şey olsun.
Beşincisi qeybətdir. İnsanların
qeybətini edənlərdən qaç. Şübhəsiz
hər şeyi bilən Allahdır."
[cavab]
4divar@1isiq
15 Dek 2013 / 22:35
Maraqli idi.
[cavab]
ROMANTIK@COBAN
15 Dek 2013 / 22:39
[cavab]
SuPeR_BoY
15 Dek 2013 / 23:01
(=KraL=), 

[cavab]
Bölmeye qayıt
0.1475 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az