..::9 yaşlı uşağın yazdığı mərsiyə::..
aze
14 Dek 2013 / 04:47
Uşaq ikən şəhid olmuş Əli Əsğər (ə)
Uşaq ikən şəhid olmuş,
Bir vaxtsız gül kimi solmuş,
Hərmələnin (l) oxu atılmış,
Hüseynin (ə) gözləri dolmuş.
O, İmama (ə) həbib idi,
İnsanlara təbib idi,
İmamın (ə) qucunda solmuş,
Hüseynin (ə) gözləri dolmuş.
Yezidin (l) qaranlığında,
Şimrin (l) o burulğanında,
Uşaq ikən şəhid olmuş,
Hüseynin (ə) gözləri dolmuş.
İmam (ə) kiçik bir qəbir qazmış,
İmam (ə) bunadək səbir etmiş,
Qoymuş qəbrə o balanı,
Hüseynin (ə) gözləri dolmuş.
Kərbəlada şəhid olmuş,
Təşnə olmuş, şəhid olmuş,
Şəhid edən ox da üçpər,
Hüseynin (ə) gözləri dolmuş.
Dəvət almış o Cənnətə,
Körpə də dalmış Cənnətə,
Hərmələnin (l) əli ilə,
Döyüşməyib şəhid olmuş.
[cavab]
aze
14 Dek 2013 / 04:47
Hüseyn Qasim,
“Dəyərlər”in oxucusu, 9 yaş
[cavab]
_LEBBEYK_
14 Dek 2013 / 04:50
Allah razi olsun exi
[cavab]
aze
14 Dek 2013 / 04:59
_LEBBEYK_, Allah sene yar olsun exim
[cavab]
Bölmeye qayıt