..::Loğmanın məsləhəti::..
aze
14 Dek 2013 / 02:42
Bir gün Loğman oğluna “ sənə üç
məsləhət vermək istəyirəm” deyir:
— Birincisi, çalış həyatın boyu
dünyanın ən ləzzətli yeməklərini
yeyəsən.
— Ikincisi, çalış dünyanın ən rahat
yataqlarında yatasan.
— Üçüncüsü, çalış dünyanın ən
yaxşı saraylarında yaşayasan.
Loğmanın oğlu nəsihətlərdən
təəccüblənərək:
— Ata, bizim kiçik və kasıb bir
ailəmiz var. Bu kasıb vaxtımızda
bunlara mən necə nail ola bilərəm?
Cavabında Loğman buyurur:
— Oğlum, əgər gec və az yemək
yesən, o yemək sənin üçün
dünyanın ən ləzzətli yeməyi olar.
Əgər çox çalışıb gec yatsan,
yatdığın hər hansı bir yer sənin
üçün dünyanın ən rahat yeri olar.
Əgər insanlarla mehriban davranıb,
onların qəlblərində özünə yer tapa
bilsən, demək dünyanın ən gözəl
evlərinə, saraylarına sahibsən.
[cavab]
__R_A_U_L__
14 Dek 2013 / 02:50
Gozel meslehetlerdir. aze, cox sagol.
[cavab]
aze
14 Dek 2013 / 02:57
__R_A_U_L__, Allah razı olsun
[cavab]
ModerA
14 Dek 2013 / 03:16

red. ModerA (14.12 /03:16)
[cavab]
aze
14 Dek 2013 / 03:23
ModerA, Allah razı olsun
[cavab]
El@
14 Dek 2013 / 03:47
Allah razi olsun superdi
[cavab]
aze
14 Dek 2013 / 04:04
El@, Allah razı olsun
[cavab]
_LEBBEYK_
14 Dek 2013 / 04:47
mawAllah exi super
[cavab]
aze
14 Dek 2013 / 04:58
_LEBBEYK_, Allah razı olsun exim
[cavab]
Aslan_Pencesi
14 Dek 2013 / 13:05
aze, eladi
[cavab]
Bölmeye qayıt