..::Ey Rəbbim::..

pol aze 13 Dek 2013 / 20:30
Ey bizi bizdən çox sevən Rəbbim...
Bizi Sən yaratdın və Səndən başqa
Yaradan yoxdur.
Ey böyük ərşin sahibi.Ey bütün
nöqsanlardan uzaq olan, Rəbbim.
Səndən Sənin rəhmətini və
məğfirətinin böyüklüyünü
diləyirəm.
Ey rəhmlilərin ən rəhmlisi olan,
Rəbbim.
Sıxıntılarımı aradan qaldır, kiçik
günahlarımın üstünü ört, böyük
günahlarımı bağışla.
Ey bəndəsini ruziləndirən, məni və
bütün müsəlman bacı-qardaşları
mı ruziləndir, qəlblərimizə iman
nurunu daxil et, bizə bu dünyada
və Axirətdə fayda verən elm ver.
Axı Sən verməyi istəməsəydin,
istəməyi də verməzdin.
Ey özündən başqa ibadətə layiq
ilah olmayan Allahım.
Bütün günahlarımı bağışla, məni
pisliklərdən qoru və yaxşılıqlara
doğru yönəlt.
Mən günahkar bir bəndə
olduğumu etiraf etdim və bu
günahlara görə tövbə də etdim.
Allahım tövbələrimi qəbul
et.Həqiqətən sənin tövbə qapın ta
Qiyamət gününə kimi üzümüzə
açıqdır.

[cavab]

pol DOSTLAR@ 13 Dek 2013 / 20:33
AMİN........

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1764 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az