..::Sən Allahdan çəkin, ondan qorx qızım::..
aze
13 Dek 2013 / 20:20
Ay mənim örtülü hicablı qızım,
Tutqun gecələrdə parlaq ulduzum,
İstərdim səninçün nəsihət yazım,
Sən Allahdan çəkin, ondan qorx
qızım.
Sən gülün qönçəsi hicab ləçəyin,
Sənə bənzəri var gülün çiçəyin,
Hicab iffətidir sən tək qönçənin,
Sən Allahdan çəkin, ondan qorx
qızım.
Deyirsən tənə ilə qarı deyirlər,
Saçlarını boya sarı deyirlər,
Ən azı şalvar gey barı deyirlər,
Sən Allahdan çəkin, ondan qorx
qızım.
Soruşdum bəs nədən işlər nataraz,
Hamı açıq-saçıq, hicablılar az ?
Aşkarda çox olan qiymətli olmaz,
Sən Allahdan çəkin, ondan qorx
qızım.
Diqqət et daş-kəsək hər yerdə olar,
Qiymətli cəvahir gizlində qalar,
Dünya asilərlə şeytanla dolar,
Sən Allahdan çəkin, ondan qorx
qızım.
[cavab]
DOSTLAR@
13 Dek 2013 / 20:26
SUPER
[cavab]
aze
13 Dek 2013 / 20:31
DOSTLAR@, Allah razı olsun
[cavab]
Bölmeye qayıt