..::YORULDUM::..

pol aze 13 Dek 2013 / 02:48
"BUDUR DA SİZİN HİCABLILARINIZ"
SÖZÜNDƏN
YORULMUŞAM....
Ey insanlar! Bəsdir artıq bu hicaba
dözümsüzlük, hörmətsizlik, nifrət,
kin...
Bilirsinizmi hicab nədir? Hicab -
izzət, hicab -
qeyrət, hicab - iffət, hicab - zinət...
Hicab –
Allahın buyuruşudur, qadının
vacib əməlidir,
nurudur.
Əgər biri durub hiylə ilə başına bir
örpək
atırsa, özünü hicablı kimi göstərib
dükana
girirsə, satıcını aldadırsa - əsla
fikirləşmə ki,
budur hicablı. Bil ki, onun
başındakı hicab
deyil, sənin gözünə çəkmək üçün
bir pərdədir.
Başqa birisi hicaba layiq olmayan
geyimlər geyinib,
camaat arasında əxlaqa sığmayan
hərəkətlər
edirsə, demə ki, budur hicablı. Bil
ki, o hicabla
modanı səhv salib və heç hicabın
nə olduğunu da
dərk etmir, yəni xəbərsizdir bu
anlamdan. “Mən
müasir hicablıyam” deyənlərə bir
cavab yetər:
müasirlik - daraltmaq, qisaltmaq
yox, səliqəli və
kamil geyim tərzidir. Kimsə onlara
baxıb hicab və
hicablını təhqir edirsə, o elə
şəhərdə gəzən bütün
qızlara baxdığı an elə düşünəcək
ki, hamisı
əxlaqsızdır. Amma şəhərdə gəzən
bu qızların hec
də hamısı əxlaqsızlıqdan bu cür
geyinmirlər... O
cür də əsl hicablı ilə hicab
hoqqabazlarını anlamaq
asandır.
Birini görsən başıbağlı bara girir,
qıraqdan demə
ki, vay hicablıya, bax indi də bara
girir. Saxla onu,
soruş nə qədər pul almısan 1-2
saat baş örpəyini
başına atmaq üçün... Ağlı başında
olan bir
fikirləşməlidir ki, axi hicablı hara,
bar hara.. Axı
bunlar ki, bir-birinin əksidirlər!
Hicab - qadını şeytandan qoruyan
bir libasdır. Bar
isə iffət libasını çıxarıb atan
şeytan yuvasıdır.
Hər gördüyün hicaba əməl
etməyən kimsələrə görə
hicaba nifrət etmə... Bil ki, onlar
hicaba nə
göstərici, nə də nümunə deyillər.
Əgər həqiqi hicabın nə olduğunu
bilmək istəsən,
Allahın bizə göndərdiyi Qurandan
üstün mənbə ola
bilməz. “Nur” surəsinin 30-31-ci
ayələrinə bax.
Yox, əgər hicablı bir nümunə
görmək istəsək,
hicaba layiq olmayan birinə baxıb
“budur
hicablı?!” deməkdənsə, hicaba
həqiqi nümunə olan
xanım Zəhra (s.ə) və xanım
Zeynəbi (s.ə) yada sal
ki, onlar əsl nümunədir.
Həzrət Əli (ə) buyurur: “Dünya -
zəhərli ilan
kimidir. Dərisi yumşaq olsa da,
içində zəhər
vardir. Nadan ona yönələr, ağıllı isə
ondan
uzaqlaşar”.
Gəlin bizlər də bu zəhərli dünyada
nadan olmağa
deyil, ağıllı olmağa çalışaq, yaxşını
pisdən ayıra
bilək.

[cavab]

pol aze 13 Dek 2013 / 02:49
Təravət Cəfərova
İmam Sadiq (ə) adına İslam Maarifi
Akademiyası
«Dəyərlər» Jurnalistika Məktəbinin
dinləyicisi

[cavab]

pol *BUTTERFLY* 13 Dek 2013 / 03:23
Aferin.çox dùzdù.Allah razì olsun.Inwallah

[cavab]

pol zekow 13 Dek 2013 / 03:30
duzdu. Allah razi olsun.

[cavab]

pol aze 13 Dek 2013 / 03:35
*BUTTERFLY*, Allah size kömek olsun Inşallah

[cavab]

pol aze 13 Dek 2013 / 03:36
zekow, Allah size yar olsun

[cavab]

pol PORSCHE 13 Dek 2013 / 04:53
Allah razı olsun.

[cavab]

pol aze 13 Dek 2013 / 05:03
PORSCHE, Allah sene yar olsun

[cavab]

pol _LEBBEYK_ 13 Dek 2013 / 06:16
Bawi ortmek ozi bir milli geyim enenesi
Werti varki gorune elleri,uz,ve cenesi
Haminin boyle geyinmiw 100 il evvel nenesi
ehsen exi ehsen

[cavab]

pol aze 13 Dek 2013 / 06:23
_LEBBEYK_, Allah razı olsun exim

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.2187 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az