..::Uşaqa Azan və Iqamə Oxumaq::..

pol aze 13 Dek 2013 / 02:41
AZAN VƏ İQAMƏ
İnsanın işə düşən ilk üzvü
qulağıdır. Quran qulağa çox
əhəmiyyət vermişdir. Qulaq
doğuşun ilk günlərində eşidir.
Beyin qulağın eşitdiyini yadda
saxlayır və eşitdiyi hər bir səs
uşağa təsir göstərir. Buna görə
də, uşağı pak böyütmək üçün
evdə haram və lazımsız səslər
olmamalıdır.
Peyğəmbər (s) və məsum
imamlar uşaq doğulduğu ilk
anlarda onun sağ qulağına azan,
sol qulağına isə iqamə oxuyardılar.
Tövhid, nübuvvət və imamət
sədası, namaz zümzüməsi uşağın
qulağını oxşamalıdır. O, həyatı
bunlarla başlamalı və bunlarla da
qurtarmalıdır. «Bir günlük uşaqdır,
düşünmür, dərk etmir» deməyin.
O bütün bunlara ən yaxşı şəkildə
malikdir.
Mərhum Təbatəbai deyirdi:
«İyirmi üç yaşlı amerikalı bir qız
beyin xəstəliyinə tutulur. Ona
cərrahiyyə əməliyyatı edirlər. İlk
dəfə özünə gəldikdə, fransa
ləhcəsi ilə məzhəbi bir nəğmə
oxuyur. Valideynləri təəccübə
qərq olurlar. Doktor nə üçün belə
təəccübləndiklə rini soruşur. Onlar
deyirlər: «Bizim qızımız fransız
dilində bir söz belə bilmir.
Fransızca nə kitabı var, nə də
fransız dostu olub».
Gözlənilmədən qızın anası bu
müəmmanı açır: «Qızımın üç yaşı
olduqda bir çox fransalı ΙΙ Dünya
Müharibəsi qaçqını Amerikaya
gəldi. Onların arasında dini
təəssübə malik bir tibb bacısı var
idi. Bizim qonşuluğumuzda ev
tutmuşdu. Bəzən bizə gəlir, uşağı
ağuşuna alır və sakitləşdirmək
üçün ona laylay oxuyurdu».
Məlumdur ki, onun oxuduqları
dini kəlmələr imiş. O gündən bu
nəğmələr uşağın beyninə həkk
olub. 23 yaşında özünə gələrkən,
beyninə həkk olunmuş nəğmə
dilinə gəlir və qeyri-ixtiyari
olaraq oxumağa başlayır».
Deməli, insanın ilk doğulduğu
an azan və iqamə, ölümün ilk
anlarında təlqin oxunması
faydasız
deyil. Çünki qulaq ilk işə düşən və
son işdən düşən üzvdür».

[cavab]

pol zekow 13 Dek 2013 / 03:32
Chox sagol. Alla razi olsun

[cavab]

pol aze 13 Dek 2013 / 03:37
zekow, Allah sene yar olsun

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2118 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az