..::Ər və arvadın vəzifələri::..
aze
12 Dek 2013 / 06:12
ƏR VƏ ARVADIN BİR-
BİRLƏRİNİN QOHUMLARINA
QARŞI OLAN VƏZİFƏLƏRİ
QOHUMLAR
Ər və arvadın bir çox
qohumları vardır ki, heç birinin,
(ər və arvadın) onların hüququna
göz yummağa haqqı yoxdur. Heç
biri digərini onların görüşündən
məhrum edə bilməz.
Onların hər birinin ata, ana,
bacı, qardaş, əmi, dayı, bibi, xala,
bacı uşağı, qardaş uşağı, əmi
uşağı, dayı uşağı, baba, nənə və
bir çox bu qəbildən olan qan
qohumu və yaxud evlənmə yolu
ilə qohum olan qohumu vardır.
Onların görüşünə getmək, onların
problemlərini həll etmək böyük
bir ibadət olaraq, əvəzsiz savaba
malikdir.
Qadın ərinin qohumlarına
qarşı həssas olmamalıdır. Onların
evinə gəlməsinə, yaxud ərinin
onların evinə getməsinə mane
olmamalıdır. Ən başlıcası isə evinə
gəldikdə, onlara pis üz
göstərməməlidir .
Kişi evinin malikidir. Pul,
mal-dövlət Allah-təala tərəfindən
onun ixtiyarına verilmişdir.
Qadının ərinə itaət etməsi şəri
baxımdan vacib, onun sözündən
çıxması isə haramdır. Ərin
qohumlarının get-gəl etməsini
nəzarətə alması, ona bu xeyir işdə
mane olması əxlaqi normalarla,
insani keyfiyyətlərlə ziddiyyət
təşkil edir. Həmçinin, ərin də
arvadının qohumları ilə əlaqəsini
əngəlləməsi səmimiyyətə, sevgiyə
və insaniyyətə sığmayan bir
addımdır.( islamda aile kitabindan)
[cavab]
Bölmeye qayıt