..::"Allah" sözü başdan başa möcüzədir !::..

pol aze 12 Dek 2013 / 02:39
"Allah" sözü başdan başa
möcüzədir !
İordaniyanın Yərmuk
Universitetinin ispaniyalı
tələbəsi apardığı araşdırma
nəticəsində belə
qənaətə gəlib.
Sözügedən universitetin Ərəb dili
və Ədəbiyyatı
fakültəsinin ispaniyalı tələbəsi Elen
"Allah" sözünü
fonetik təhlil etdiyi zaman maraqlı
faktla
qarşılaşıb. Apardığı təhlildən sonra
o, "Allah"
sözünün bir möcüzə olduğunu
bildirib.
"Ərəb dilində oxuduğum ən gözəl
söz "Allah"
kəlməsidir. Onun adının
tələffüzündə belə, gözəl
musiqi vardır. Çünki Onun adının
hərflərinin
düzülüşü digər bütün adlardan
fərqlidir. "Allah"
sözünün tələffüzü dodaqlardan
deyil, daxildən gəlir
və bütün bədəni titrədir" - deyə
Elen bildirib.
Helen "Allah" sözünün möcüzə
olmasını isə belə izah
edir:
"Əgər "Allah" kəlməsindən ilk hərf
olan "əlif"
hərfini çıxsaq, bu zaman söz
"Lilləhi" kimi oxunar.
Bu isə Quranın aşağıdakı ayəsində
belə qeyd edilib:
"və lilləhil-əsməul -husnə fəd'uhu
bihə" - "Ən gözəl
adlar (Əsma əl-hüsna) Allahındır.
Onu bu adlarla
çağırıb dua edin" (əl-Əraf, 180).
Əgər sözdəki
birinci və ikinci hərfləri, yəni "əlif"
və birinci "ləm"
hərflərini ixtisar etsək, bu zaman
o, "ləhu" kimi
oxunacaqdır. Quranın aşağıdakı
ayəsində də "ləhu"
sözü ilə Allah nəzərdə tutulub:
"Ləhu mə fis-
səməvati vəl-ərd" - "Göylərdə və
yerdə nə varsa,
(hamısı) Allaha məxsusdur" (ən-
Nisa, 132). "Əlif"
və hər iki "ləm" hərflərini sözdən
çıxartsaq, yerdə
zəmməli (Ərəb ədəbi dilində qısa
"u" saitini bildirir)
"hu" hecası qalır. Buna isə
"Huvəlləzi lə iləhə illə hu"
- "O, Özündən başqa heç bir tanrı
olmayan...Allah
dır" (əl-Həşr, 22) ayəsini misal
göstərmək olar.
Sözdəki ilk "ləm" hərfi çıxarıldığı
təqdirdə kəlmə
"İlah" kimi oxunacaqdır. "Allahu lə
iləhə illə hu" -
"Allah başqa heç bir tanrı
yoxdur" (əl-Bəqərə, 255).
Bu ayədə "İlah" kəlməsi ilə Allahın
nəzərdə
tutulduğu şübhəsizdir. Bu,
Yaradanın adında belə,
Onun ucalığının dəlillərindəndi r" -
deyə Elen bildirib.

[cavab]

pol __R_A_U_L__ 12 Dek 2013 / 03:32
Allah sozunde hele cox mena var arawdirmag lazimdir.Melumata gore tewekurler aze.
red. __R_A_U_L__ (12.12 /03:34)

[cavab]

pol aze 12 Dek 2013 / 03:45
__R_A_U_L__, Allah sene yar olsun

[cavab]

pol PORSCHE 12 Dek 2013 / 06:22
Allah razı olsun.

[cavab]

pol aze 12 Dek 2013 / 06:24
PORSCHE, Allah sene yar olsun

[cavab]

pol Mursud994 12 Dek 2013 / 06:51
http://azbig.biz AzBiG.BiZ DaXiL oL EyLeN
OnLaYn FErma .. Gelene Rubin Manat Hediyye

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1604 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az