..::Niyə “Yasin” surəsi Quranın qəlbi adlanır?::..
aze
12 Dek 2013 / 02:30
Niyə “Yasin” surəsi Quranın qəlbi
adlanır?.....
“Yasin” surəsinin Quranın qəlbi
olduğunu dəfələrlə
eşitmişik. Bəs niyə məhz bu surə
Quranın qəlbidir?
Mənbələrinin bir çoxunda nəql
edilir: “Quranın
qəlbi - “Yasin”dir”. Hər bir şeyin
qəlbi vardır.
Quranın qəlbi isə “Yasindir”. Bu
surəni araşdıran
zaman başa düşürük ki, “Yasin”
surəsi ümumi
olaraq üç hissəyə bölünür. Hər biri
İslam etiqadının
bir üsulunu bəyan edir. Onun bir
bölməsi surənin
başlanğıcında bəyan edilmişdir.
Nübuvvət
etiqadının əsli bəyan edilir.
İnsanların
peyğəmbərlərin (ə) dəvətini qəbul
edib-
etməməkləri şərh edilmişdir. Sonra
belə şərh edir
ki, peyğəmbərlərin dəvətinin
fəlsəfəsi - insanların
dirçəldilməsi və səadətə tərəf
hidayət edilməsidir.
Başqa bir tərəfdən isə
peyğəmbərlərin (ə) besəti
həqiqətdə hüccətin tamamlanması
deməkdir.
Həqiqətdə peyğəmbərlərin (ə)
dəvəti zamanı
insanlar iki qrupa bölünürlər: bir
qrupu səadət
əhlidilər və bir qrup isə
bədbəxtdirlər. (Tebyan)
Nübuvvətin əslini bəyan etdikdən
sonra tövhidin
əsasları bəyan edilir. Surədə Allahın
yeganəliyinin
nişanələrini şərh edilir. Sonra isə
məadın əsasları
və Qiyamət günü insanların
dirilməsi və möminlər
ilə qeyri-möminləri n vəziyyətinin
ayrılması zikr
edilir. Qiyamət günü bu iki
dəstənin bir-birindən
ayrılması və onun şəraitləri şərh
edir.
Bu üç etiqadi məsələni bəyan
etdikdən sonra Allah
surəni bu ayə ilə sonlandırır: “Bir
şeyin var
olmasını istədiyi zaman Onun
(Allahın) əmri və
məqamı ona ancaq: «Ol!» –
deməkdir. O da dərhal
olar (heç bir alətdən istifadə
etmədən, Allahın
məhz iradə və istəyi ilə var olar,
sanki, ona «Ol»
demiş, o da olmuşdur). Hər şeyin
həqiqi mülkiyyəti
və kamil hökmranlığı (qüdrət)
əlində olan Allah
(hər nöqsandan) pak (və uzaq)dır.
(Siz insanlar
hamınız) Ona tərəf
qaytarılacaqsın ız” . (“Yasin”
82-83).
Buna görə də bu surənin yeri
başqadır. Çünki üç
mühüm etiqadi məsələni: tövhidi,
nübuvvəti və
məadı özündə cəmləmişdir. Ona
görə də Məsumlar
(ə) onu “Quranın qəlbi”
adlandırmışlar.
[cavab]
Bölmeye qayıt