..::Bəhlulun sübut metodu::..

pol aze 12 Dek 2013 / 02:24
Bəhlulun sübut metodu.....
Bir gün Bəhlul Əbu Hənifə
məscidindən keçirdi. Görür ki,
xətib moizə edir.
Dayandı və sözlərinə qulaq asdı. O,
deyirdi: “Cəfər
ibni Muhəmməd (ə) bu əqidədədir
ki, hər bir iş
insanın öz ixtiyarındadır. Halbuki,
insanın
özündən heç bir ixtiyarı yoxdur.
Bir də şeytan
Qiyamət günü yanacaqdır. Halbuki
şeytan özü
atəşdəndir və atəş də öz cinsinə
əzab verməz.
Allah mövcuddur, ancaq Onu
görmək olmur. Halbuki
bu yalandır, hər bir varlıq
görünəndir.
Bu zaman Bəhlul yerdən bir daş
götürür və xətibin
başını hədəfə alır. Daşı atır və
başını sındırır.
Qan axmağa başlayır, sonra qaçır.
Xətib xəlifənin
yanına şikayətə gəlir. Xəlifə əmr
edir ki, Bəhlulu
gətirsinlər. Bəhlul gələn zaman
xəlifə ona deyir:
“Niyə belə edirsən?”.
Bəhlul deyir: Bunun səbəbini
ondan soruşun. O,
deyir ki, bəndələrin ixtiyarı
yoxdur, bütün işlər
Allahın əlindədir. Əgər onun etiqadı
belədirsə,
deməli başını Allah sındırmışdır.
Mənim heç bir
təqsirim yoxdur.
O, deyir: Eyni cinsdən olan şeylər
bir-birindən
təsirlənməz, əzab görməz. İnsan
torpaqdan
olduğu üçün niyə öz həmcinsindən
təsirlənməlidir
ki? (daşdan).
O, belə düşünür ki, hər bir varlıq
görünməlidir.
Xəlifə ondan soruşsun, görək bu
yaradan hiss
etdiyi ağrını görə bilirmi?”.
Bunu deyir və xəlifənin yanından
çıxıb gedir.

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1856 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az