..::Düşündürücü Məqalə::..

pol aze 10 Dek 2013 / 05:10
Həqiqətən də düşündürücü sualdır.
Saniyələr, dəqiqələr, saatlar, günlər,
aylar, illər və ömrümüz. Günlərimiz
çox sürətlə keçir. Başımız qarışır
işə, ailəyə, qayğılarımıza və bir də
görürük ki, axşamdır, gecədir,
yatmaq, istirahət vaxtıdır. Yatmaq
lazımdır ki, İnşaallah sabah üçün
enerji toplayaq və yenidən
fəaliyyətə başlayaq. Yenə də səhər
açılır, iş-güc, hay-həşir və nəhayət
yenə axşam düşür...
Keçmiş dövrlərdən fərqli olaraq
indiki sürətlə dəyişən dövrümüz
bizə maddiyata çox vaxt ayırmağı
aşılayır. İntensiv pul qazanmaq və
intensiv xərcləmək. Çox qazan, çox
xərclə. Nəticədə müəyyən
rahatlığa çatmaq var və rahatlığa
çatmaq üçün əzm, işləmək var.
Yəni hər rahatlığın yanında, bir
zəhmət var.
Çoxumuz həyatda vaxtımızdan
səmərəli istifadə etmirik.
Planlarımızı, işlərimizi, qərarlarımızı
kənar təsirlərlə veririk. Vaxtımızı
da ən çox aparan maddi
yüklənmələrimiz dir. Geniş və
təmtəraqlı evimiz və ev əşyaları,
bahalı avtmobillərimiz , dəbdəbəli
geyimlərimiz, sadə olmayan
yeməklərimiz və s. İstəyirik ki,
maksimum komfortluq içində
yaşayaq.
“Başqalarından niyə geri
qalmalıyam ki,” məntiqi ilə və ya
“Yaxşı yaşamaq varkən, niyə
narahat yaşayaq ki?” məntiqi ilə
yaşayırıq. Amma düşünmürük ki,
bu qədər komfortu əldə etmək və
onu davamlı saxlamaq üçün də
zəhmət çəkməliyik. Çox işləmək,
çox qazanmaq lazımdır ki, maddi
sərvətlərimiz çox olsun.
Amma tarixdə bir qrup azlıq təşkil
edən insanlar olub ki, sadə həyat
tərzinə üstünlük veriblər. Bu
insanlar əsasən elm əhli, filosoflar,
yazıçılar və bu qəbildən olan
insanlar olub. İndi də var belə
insanlar. Belə insanlar maddiyata
çox vaxt sərf etməyiblər. Sadəcə
bir vasitə kimi baxıblar maddi
resurslara. Sadə ev, sadə yemək,
sadə geyim və s. Vaxtlarını ən çox
maarifçiliyə, təmənnasız elmi
yaradıcılığa və insanlara xidmətə
sərf etmişlər.
Öz maraq dairələri çərçivəsində
uğura çatmışlar, gün ərzində
vaxtlarının əsas hissəsini öz
missiya və məqsədlərinə sərf
etmişlər, lazımlı və düşündürücü
həyat sürmüşlər, dünyanın əbədi
olmadığını idrak edib özlərini
tamamilə maddiyata sərf etməmiş
və dünyanın yalançı bər-bəzəyinə
aldanmamışlar. Belə insanlar
həyatın nəbzini tutmuşlar, rahat
yaşamışlar. Daha ali mövzuların-
insa nlığın, yaşam fəlsəfəsinin, bu
dünyadan sonrakı əbədi aləmin və
s. Şübhəsiz ki, bu həyatda
Ömürlərini ən düzgün yaşayan da
elə bu insanlardır.
Çox vaxt insan kütlə tərzindən
çıxıb təfəkkürlü həyat tərzi
yaşamaq istəyəndə ona maneələr
olur. Ailə üzvləri ilk növbədə qarşı
çıxır. Həyat yoldaşı, valideyni və
başqaları. İddialı insan bu
mərhələləri keçməlidir. Çünki
çoxluğun onu anlamaması tam
normaldır. Ona görə də insan ailə
qurarkən öz yarını tapmalıdır ki,
bir-birlərinə dəstək olsunlar, bir-
birini tamamlasınlar.

[cavab]

pol yagmur_damlasi 10 Dek 2013 / 12:46
Ilk rey menden...cox duzgun sozlerdi,bizimle paylawdigincun twklerrr

[cavab]

pol magaza 10 Dek 2013 / 14:38
Hamsi duzdu...
sagol

[cavab]

pol aze 10 Dek 2013 / 17:35
yagmur_damlasi, Allah razı olsun

[cavab]

pol aze 10 Dek 2013 / 17:35
magaza, Allah razı olsun

[cavab]

pol *_FaLCoN_* 10 Dek 2013 / 18:06
yaxsidi.
red. *_FaLCoN_* (10.12 /18:06)

[cavab]

pol aze 10 Dek 2013 / 18:16
*_FaLCoN_*, Allah razı olsun

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1361 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az