..::Imam Zaman niyə qayibdir?::..
aze
8 Dek 2013 / 19:50
Sual: İmam Zaman niyə qayibdir?
Və qeyibdə olan imamın ümmətə
nə xeyri vardır?
Cavab: Əvvəla Allah taala Qurani-
kərimdə öz övliyasını iki dəstəyə
bölüb:
1-Bir qayib və gözlərdən gizli olan,
beləki hətta zamanəsinin
peyğəmbəri belə onu tanımır. Bu
barədə “Kəhf” surəsinin 65-82-ci
ayələrində həzrət Musa
peyğəmbər (ə)-ın yolyoldaşı
barədə buyurur:
“(Musa və Yuşa orada) öz
dərgahımızdan mərhəmət əta
etdiymiz və öz tərəfimizdən elm
öyrətdiyimiz bəndələrimizdən
birini (Xızıri) tapdılar. Musa ondan
soruşdu: öyrədildiyin doğru yolu
göstərən elmdən mənə öyrətmək
şərtilə sənə tabe olummu?”
2-İkincisi isə hazır və hamının
gözü önündə tanınmış və məlum
olan. Məsələn: Həzrət Nuh, Saleh,
İbrahim və sair kimilər.
Odur ki, İmam Zaman (ə)-ın qayib
olması övliyalar tarixində baş
vermiş yenilik deyil. Ondanda
əvvəlki ilahi şəxsiyyətlərin
həyatında da bu kimi hadisələr baş
verib. Yuxarıda qeyd etdiyimiz
Xizır Peyğəmbərdən əlavə həzrət
Musa Peyğəmbərin barəsində də
Qurani-kərimdə oxuyuruq ki,
həzrət qırx (40) gün öz
camaatından qayib oldu:
“Musa ilə otuz gecə barədə
vədələşdik, sonra ona daha bir on
gün də əlavə etdik. Beləliklə,
Rəbbinin təyin etdiyi müddət tam
qırx gecə (gün) oldu. Musa qardaşı
Haruna dedi: Sən camaatımın
arasında mənim xəlifəm, canişim
ol. (camaatı) islah etməyə çalış və
(yer üzündə) fitnə-fəsad
törədənlərin yolu ilə getmə”
“Əraf” surəsi, ayə-142
Həmçinin həzrət Yunis peyğəmbər
(ə)-ın camaatından qayib
olmasının “Ənbiya” surəsinin
87-88-ci ayələrində belə
oxuyuruq:
“Balıq sahibi Yunisi də xatırla! Bir
zaman o (küfr etməkdə həddi
aşmış ümmətinə qarşı)
qəzəblənərək çıxıb getmiş və onu
möhnətə düçar etməyəcəyimizi
guman etmişdi. Amma sonra
qaranlıqlar içində (balığın
qarnından; dənizin zülmətində):
“(pərvərdigara! ) səndən başqa
heç bir tanrı yoxdu. Sən paksan,
müqəddəssən! Mən isə, həqiqətən
zalımlardan olmuşam”-deyib dua
etmişdi. Biz onun duasını qəbul
etdik və (balığın qarnından
çıxartmaqla) onu qəmdən
qurtardıq. Biz möminlərə belə nicat
veririk.”
Odur ki, Həzrət Musa (ə) və Yunis
(ə) peyğəmbər olduqları bir halda
müəyyən müddətədək öz
camaatından uzaqlaşaraq qayib
olublar.
İmam Zaman (ə)-ın qaib olmasının
səbəbinə gəlincə isə ilk öncə bunu
deməliyəm ki, aləmdə bir çox baş
vermiş hadisələrin səbəbindən
agah olmamağımız və ya onları
dərk edə bilmədiyimiz üçün
hadisələri inkar deyil əksinə öz
dərk etmə qabiliyyətmizin
məhdud olduğuna etiraf etməliyik.
İmam Zaman (ə)-ın qeybəti barədə
nəql olan rəvayətlərdə diqqət
edən hər bir şəxsə həzrətin
qeybətinin səbəbi məlumdur.
Peyğəmbər (s)-in Əhli-beyt barədə
buyurduğu tapşırıqlara,
tövsiyələrə məhəl qoymayan İslam
hakimiyyətini ələ keçirmiş
zəmanənin xəlifələri məsum
imamları biri-digərinin ardınca
qətlə yetiriblər.
[cavab]
aze
8 Dek 2013 / 19:52
İmam Zaman (ə) da əgər zuhur
etsəydi şübhəsiz ki, öz əcdadının
başına gəldiyi sərgüzəşdəyə
məruz qalacaqdı.
Lakin bu cinayətin qarşısını alıb və
bütün ümmətlərə vəd verdiyini
(müstəzəflərin yer üzünün varisi
olacağı, yer üzündə haqqın,
ədalətin bərpa olacağını) həyata
keçirmək üçün Allahın hikməti
bunu tələb edir ki, bəşəriyyət belə
bir kamil insanın öz arasında qəbul
edə biləcək istedadına
yiyələnməyənədə k onu camaatın
gözündən gizli saxlasın.
İmam Zaman (ə)-in pərdə
arxasında olmasına səbəb
hakimlərin zülmü və camaatın belə
bir şəxsiyyəti qəbul etməyə hazır
olmadıqlarıdır.
Bu hədislərə diqqət edin:
ﻋﻦ ﺯﺭﺍﺭﺓ ﻗﺎﻝ: ﺳﻤﻌﺖ ﺃﺑﺎ ﺟﻌﻔﺮ )ﻉ (
ﻳﻘﻮﻝ: ﺇﻥ ﻟﻠﻘﺎﺋﻢ ﻏﻴﺒﺔ ﻗﺒﻞ ﻇﻬﻮﺭﻩ, ﻗﻠﺖ:
ﻭ ﻟﻢ؟ ﻗﺎﻝ: ﻳﺨﺎﻑ- ﺃﻭ ﻣَﺄ ﺑﻴﺪﻩ ﺍﻟﻲ ﻃﻨﻪ-
ﻗﺎﻝ ﺯﺭﺍﺭﺓ: ﻳﻌﻨﻲ ﺍﻟﻘﺘﻞ .
Zürarə deyir: İmam Mühəmməd
Baqir (ə)-dan eşitdim ki, həzrət
buyururdu: Həzrət Qaim (ə) zühur
etməzdən əvvəl qaib olacaq.
Səbəbi nədir? Soruşduqda həzrət
“qorxudan” –deyə cavab verib və
əliylədə öz qarnına işarə etdi.
Zürarə deyir: Həzrət qətli nəzərdə
tuturdu.
“İkmalud-din”, 44-cü fəsl, illətul-
ğeybət.
ﻋﻦ ﻋﺒﺪ ﺍﻟﻠﻪ ﺑﻦ ﺍﺑﻲ ﺍﻟﻔﻀﻞ ﺍﻟﻬﺎﺷﻤﻲ
ﻋﻦ ﺍﻟﺼﺎﺩﻕ )ﻉ (... : ﻳﺎ ﺍﺑﻦ ﺍﻟﻔﻀﻞ ﺍﻥّ
ﻫﺬﺍ ﺍﻷﻣﺮ ﺃﻣﺮ ﻣﻦ ﺃﻣﺮ ﺍﻟﻠﻪ ﺗﻌﺎﻟﻲ ﻭ ﺳﺮّ
ﻣﻦ ﺳﺮّ ﺍﻟﻠﻪ... ﻭ ﻣﺘﻲ ﻋﻠﻤﻨﺎ ﺃﻧﻪ ﻋﺰ ﻭ
ﺟﻞ ﺣﻜﻴﻢ ﺻﺪﻗﻨﺎ ﺑﺄﻥّ ﺍﻓﻌﺎﻟﻪ ﻛﻠﻬﺎ
ﺣﻜﻤﺔ ﻭ ﺍﻥ ﻛﺎﻥ ﻭﺟﻬﻬﺎ ﻏﻴﺮ ﻣﻨﻜﺸﻒ.
Abdullah ibn Fəzl imam Sadiq (ə)-
dan nəql edir: “...Bu iş Allahın
işlərindən olan bir iş və Allahın
sirlərindən olan bir sirdir... Hər
zaman Allahın hikmət sahibi
olduğunu bildik, səbəbi bizə
məlum olmasa belə Onun bütün
işlərini hikmət üzündən olmasını
təsdiqləyəcəyik .”
“İkmalud-din”, 44-cü fəsl, illətul-
ğeybət.
Qeyibdə İmam Zaman (ə)-ın
faydasına gəlincə isə bu bir neçə
mətləbi oxucuların nəzərinə
çatdırırıq:
1-Qeybət müddətində imam
Zaman (ə)-ın faydasından agah
olmamaq faydanın olmamasına
dəlalət etməz. Bu həqiqətdə bir
həqiqətdən agah olmamağı həmin
həqiqətin olmaması kimi qələmə
verməkdir.
Bu da savadsızlığın və ya
kəmsavadlığın nəticəsindəndir .
2-Qayib olmağın lazıməsi
vücudunun isdifadəsiz olması
deyil.
Mümkündür bir şəxs gözlərdən
qayib olsun lakin eyni halda
vücudu faydalı və səmərəli olsun.
Elə buna görə, həzrət Musa (ə)-ın
yolyoldaşı gözlərdən qaib idi,
amma kasıbların qayığlarını
dələrək zalım hakimin əlinə
düşməkdən xilas etdi. Və həmçinin
iki yetimin xəzinəsini qoruyub
saxlamaq üçün köhnə divarı söküb
yenidən tikdi. Odur ki, imam
Zaman (ə)-da qeybəti zamanı belə
müdaxilələr etməsi mümkündür.
Bəzi rəvayətlərdə nəql olur ki,
həzrət hər il həcc mövsümündə
iştirak edir və Allah taala onun
mübarək əliylə insanların
hacətlərini rəva edir
[cavab]
aze
8 Dek 2013 / 19:53
3-İmam Zaman (ə)-ın ümum
camaatın gözündən qaib olması
şübhəsizdir, amma ümmətin ən
saleh insanlarının gözündən isə
qaib olması belə deyil.
Bəlkə rəvayətlərdə bunun əksi
sübuta yetmişdir.
4-İmam Zaman(ə)-a vacib deyil
camaatın gündəlik işlərində
birbaşa müdaxilə etsin.
Bu işlər üçün kiçik qeybətdə dörd
nəfər nümayəndəsi olub.
1-Şeyx Əbi Əmr Osman ibn Səid Əl-
Əmuri
2-Oğlu Şeyx Əbi Cəfər Mühəmməd
ibn Osman
3-Şeyx Əbil-Qasim Hüseyn ibn Ruh
Nobəxti
4-Şeyx Əbil-Həsən Əli ibn
Mühəmməd Əs-Səmuri
Böyük qeybətdə bu günkü gündə
ədalətli alimlər, fəqihlər yəni islam
şəriyətinin bütün hökümlərindən
tam agah olanlar həzrətin
naibidirlər.
Həzrət öz mübarək dəstixəttilə
yazmış rəvayətlərdə buyurur:
ﻭ ﺃﻣّﺎ ﺍﻟﺤﻮﺍﺩﺙ ﺍﻟﻮﺍﻗﻌﺔ ﻓﺎﺭﺟﻌﻮﺍ ﻓﻴﻬﺎ
ﺍﻟﻲ ﺭﻭﺍﺓ ﺣﺪﻳﺜﻨﺎ ﻓﺈﻧّﻬﻢ ﺣﺠﺘﻲ ﻋﻠﻴﻜﻢ ﻭ
ﺃﻧﺎ ﺣﺠﺔ ﺍﻟﻠﻪ ﻋﻠﻴﻬﻢ .
“Baş vermiş hadisələrdə bizim
hədislərimizi (başa düşüb dərk
edərək) nəql edənlərə müraciə
edin. Onlar bizim tərəfimizdən sizə
höccəti tamamlayan biz də Allah
tərəfindən höccəti onlara
tamamlayırıq.”
“İkmalud-din”, 3-cü cild, 45-ci fəsl,
səh: 484.
Həmin hədisin sonunda həzrət
qeybətdə olduğu müddətdə
insanlara verəbiləcəyi fayda
barədə olan sualı belə
cavablandırır:
ﻭ ﺃﻣّﺎ ﻭﺟﻪ ﺍﻻﻧﺘﻔﺎﻉ ﺑﻲ ﻓﻲ ﻏﻴﺒﺘﻲ
ﻓﻜﺎﻻﻧﺘﻔﺎﻉ ﺑﺎﻟﺸﻤﺲ ﺇﺫﺍ ﻏﯿﺒﺘﻬﺎ ﻋﻦ
ﺍﻻﺑﺼﺎﺭ ﺍﻟﺴﺤﺎﺏ .
“İnsanlar bulud altında olan
günəşdən istifadə etdikləri kimi
məndən də istifadə edirlər.”
Hacı İlham Əliyev
İlahiyyatçı
[cavab]
_LEBBEYK_
8 Dek 2013 / 20:59
Qardaw biz hele imamimizi hele yaxwi tanimiriq tanisag geler
birinde men yazim qardaw halaligin ver
gunlerin birinde bir nefer Allaha chox dua edirki mene imam zamani gormeyi nesib et 30 ile yaxin dua edenden soram imam zamani gorur
agadan soruwur sene qurban olum aga niye bes 30 ilden soram menle goruwdun
aga buyururki sen dua edende meni hele yaxwi tanimirdun men senle tez goruwseydim menden bawqa wey isderdun indi bizde yaxwi tanimirig indi tanisa aga zuhur eder
Bir daha Allah razi olsun exi
gelecek bir gun o zehra balasi
dolacag mekke medine arasi
[cavab]
aze
8 Dek 2013 / 21:04
_LEBBEYK_, halal qardaşım halal...heyif bizden qardaşım ki yaxşı tanımırığ agamızı:(
[cavab]
_LEBBEYK_
9 Dek 2013 / 01:27
aze,duzdu qardawim duzdu chox heyif amma qardaw inaniramki yedinemki inwallah agani goreceyik
[cavab]
aze
9 Dek 2013 / 02:53
_LEBBEYK_, inşallah qardawım
[cavab]
Bölmeye qayıt