..::Fatimə necə doğuldu?::..

pol aze 7 Dek 2013 / 15:28
Fatimə necə doğuldu?
İmam Sadiq (ə)-dan nəql olunub:
Xədicə (s) həzrət Məhəmmədə (s)
ərə gedəndə Məkkənin varlı
qadınları tərəfindən məzəmmət
olundu. Çünki cahiliyyət
ən’ənələrinə görə Xədicə kimi varlı
bir qadın Məhəmməd (s) kimi kasıb
bir şəxsə uyğun deyildi. Bu
səbəbdən də Xədicə (s) tənha
qaldı.
Xədicə (s) Fatiməyə hamilə oldu.
Fatimə ansının bətndə olan
vaxtlarda, anası ilə danışardı, onu
səbirli olmağa ruhlandırardı.
Xədicə bu məsələni həzrət
Məhəmməddən gizlətsə də, bir gün
həzrət otağa daxil olanda
Xədicənin kiminləsə danışdığını
gördü. Peyğəmbərin sualı
qarşısında Xədicə məsələni açdı.
Həzrət (s) buyurdu: «Cəbrail mənə
xəbər verib ki, bu körpə qızdır və
mənim nəslim onun vasitəsi ilə
davam edəcək. O, imamların,
mənim canişinlərimin anası
olacaq».
Hamiləlik dövrü başa çatdıqdan
sonra doğum məqamı
yaxınlaşdıqda Xədicə bə’zi Qureyş
qadınlarından kömək istədi. Amma
müsbət cavab almadı. Bu onu
kədərləndirdi. Bu vaxt Xədicə dörd
qadın müşahidə etdi. Onlardan biri
dedi: «Biz sənin bacılarınıq – Sarə,
Asya, Məryəm, Gülsüm (Musa (ə)-ın
bacısı). Allah bizi sənə yardım üçün
göndərib». Bəli, dünyanın ən pak
qadınları Xədicəyə yardıma gəldi.
(«Bəhar»)
Fatimə (s) doğulanda Məkkənin,
eləcə də dünyanın bütün evlərində
nuranilik vardı. Zəhra nurunun
saçılmadığı guşə yox idi. Əlində
teştlər, kovsər dolu qablar on huri
otağa daxil oldu. Fatiməni (s)
kovsər suyunda çimirib, ağ və
ətirli parçalara bürüdülər. Zəhra
dilə gəlib, şəhadət kəlmələrini dedi:
«Şəhadət verirəm ki, bir Allahdan
başqa mə’bud yoxdur və atam
onun peyğəmbəridir».
Fatimə (s) belə doğuldu. Bir günəş
doğdu ki, bütün dünyanı nura
boyadı və heç zaman qürub
etməyəcək.

[cavab]

pol A_ceyhun 7 Dek 2013 / 15:59
Allah razi olsun

[cavab]

pol aze 7 Dek 2013 / 16:05
A_ceyhun, Allah sene yar olsun

[cavab]

pol L_E_O_N 7 Dek 2013 / 20:33
ALLAH RAZI OLSUN...

[cavab]

pol Elikram 7 Dek 2013 / 20:44
ALLAH komeyiniz olsun

[cavab]

pol aze 7 Dek 2013 / 20:44
L_E_O_N, Allah sene yar olsun

[cavab]

pol @BAKILI_BALASI@ 7 Dek 2013 / 20:59
aze, cox tesirlidir. Allah razi olsun.

[cavab]

pol aze 7 Dek 2013 / 21:30
Elikram, Allah razı olsun

[cavab]

pol aze 7 Dek 2013 / 21:31
@BAKILI_BALASI@, Allah sene yar olsun

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1316 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az