..::Bütü sındırmaq günahdırmı?::..

pol aze 7 Dek 2013 / 05:14
Bütü sındırmaq günahdırmı?
Cavab: Beş ülul-əzm
peyğəmbərdən biri olan İbrahimin
(ə) ilahi məqamı kimsədə şübhə
doğurmur. Allah-təala İbrahim
haqqında buyurur: «Yadına sal ki,
Rəbbi İbrahimi bir neçə sözlə
imtahana çəkdiyi zaman o, Allahın
əmrlərini tamamilə yerinə yetirdi.
Belə olduqda, Allah ona buyurdu:
«Səni insanlara imam təyin
edəcəyəm» . Bəqərə surəsi, ayə
124
Burada İbrahimi yada salmağımız
təsadüfi deyil. O, məhz büt
sındırmaqla şöhrət tapmış
peyğəmbərdir. Bir müddət məntiq
və dəlillə ətrafındakıları
bütpərəstlikdən çəkindirib, bir
Allaha üz tutmağa çağıran
peyğəmbər istehza ilə qarşılandı.
Artıq əməli fəaliyyətə keçməyin
vaxtı idi. Bütxananı xəlvət görən
İbrahim (ə) vəzifəsini yerinə
yetirmək qərarına gəldi.
Bayram münasibəti ilə şəhər
kənarına çıxmış bütpərəstlər geri
qayıdıb, bütxanaya daxil olanda,
gördükləri səhnədən dəhşətə
gəldilər. Sağ-salamat qoyub
getdikləri bütlər, qol-qıçı sınmış
halda ətrafa səpələnmişdi. Onlar
«allahlarımızın başına bu oyunu
kim gətirib», deyə fəryad
qopardılar.
Nəhayət, təxminən 16 yaşlı
İbrahim (ə) tutulub, mühakimə
üçün zalım Nəmrudun hüzuruna
gətirildi. İbrahimin «bəlkə, bu işi
böyük büt görüb» sözləri
bütpərəstləri tamam çaşdırdı.
Onun məqsədi, bütlərin acizliyini
ətrafdakılara anlatmaq idi.
Bütpərəstlər İbrahimin sözlərindən
bir anlıq oyansalar da, cəhalət
üstün gəldi. Nəmrudun əmri ilə
İbrahim oda atıldı.
Yuxarıda deyilənlərdən aydın oldu
ki, bütləri sındırmaq nəinki, günah
deyil, hətta vacib bir dini vəzifədir.
Bunu da unutmaq olmaz ki, büt
təkcə taxtadan və ya daşdan
yonulmuş heykəl deyil. İnsanı
Allahdan uzaqlaşdıran hər bir əşya,
hər bir əyləncə, hər bir bağlılıq
bütdür. Allahdan qeyrisinə könül
verib, bəndəlik məqamını unutmaq
bütpərəstlikdir .

[cavab]

pol CEKA21 7 Dek 2013 / 06:19
aze,

[cavab]

pol aze 7 Dek 2013 / 06:35
CEKA21, Allah razı olsun

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.145 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az