..::Bütün anaların öz övladlarını unudacağı gün hansı gündür?::..
aze
7 Dek 2013 / 05:11
Bütün anaların öz övladlarını
unudacağı gün hansı gündür?
Cavab: Allah-təala dünya həyatının
sona yetməsi ilə bərpa olacaq
qiyamət günü haqqında buyurur:
«Ey insanlar, Rəbbinizdən qorxun!
Həqiqətən, qiyamət gününün
zəlzələsi dəhşətli şeydir. Onu
görəcəyiniz gün, hər bir əmzikli
ana südəmər körpəsini unudar,
hər bir hamilə qadın bari-həmlini
yerə qoyar. İnsanları məst
görərsən. Hansı ki, onlar məst
deyil, Allahın əzabı şiddətlidir» .
Həcc surəsi, ayə 1-2.
Bəziləri Allah qorxusu ilə adi həyat
hadisələrindən qorxuya eyni
səviyyədə yanaşır və Allah
qorxusunu, insan şəxsiyyəti üçün
nöqsan hesab edirlər. Həqiqətən
də, insanın gecənin qaranlığından,
ölümündən qorxması onun
şəxsiyyəti üçün qəbahətdir. Lakin
insanın Allahdan qorxması onun
şəxsiyyətinə nöqsan yox, ucalıq
gətirir. Zalım bir hakimdən qorxu
insanı xəyanətə, ədalətsizliyə sövq
etdiyi halda, Allah qorxusu
insanda yalnız müqəddəs hisslər
doğurur. Ölümdən qorxan insan,
dünyanı əldən verməmək üçün
vətənini də satmağa hazır olduğu
halda, Allahdan qorxan insan,
Onun qəzəbinə düçar olmamaq
üçün dünya həyatını qurban verir.
İnsan xarakterinin malik olduğu
bütün hisslər, iki istiqamətdə
işlənir. Qorxu da xarakterin malik
olduğu hisslərdəndir. Onun
işlənməsi qeyri-mümkündür . Sual
olunur: Əgər Allahdan qorxmaq
qəbahətdirsə, bəs nədən qorxmaq
fəzilətlidir?!
İnsanda qorxu hissi mövcuddur
və yalnız Allah qorxusu fəzilət
hesab oluna bilər. Bəs dəhşətli
qiyamət zəlzələsi zamanı
qorxmamaq mümkündürmü? Bu
qorxu fəzilətdir, yoxsa qəbahət?
Bu suala cavab vermək üçün
dünya həyatımızda baş verən
zəlzələləri xatırlamaq lazım gəlir.
Qorxunu qəbahət hesab edənlər
bu zəlzələlər zamanı özünü necə
aparır?
Bir sözlə, qorxu mövcuddur və
insanda müsbət hisslər aşılayan,
onu Allaha yaxınlaşdıran, günahın
qarşısını alan qorxu qəbahət
deyildir. Qorxunun məhz müsbət
təsirlərini düşünərək, qiyamət
gününü ‒ dəhşətli zəlzələlərlə
müşayiət olunan günü
unutmamağımız zəruridir. Bir gün
ki, bütün əmzikli analar südəmər
körpəsini unudacaq!
[cavab]
SeNSiZLiYiM
7 Dek 2013 / 17:28
duzdu
[cavab]
Dovwanim
7 Dek 2013 / 20:16
uyyy daaaa.elbetde ALLAHIMIZDAN qorxmaq lazimdir.mende qorxurem.ama olumdende qorxuram.niye??? cunki torpaga girmekdi butun derdim.torpaga girmek istemirem
[cavab]
aze
7 Dek 2013 / 20:41
Dovwanim, Allah razı olsun...eger günahın azdırsa ölümden qorxmaq lazım deyil
[cavab]
aze
7 Dek 2013 / 20:41
SeNSiZLiYiM, Allah razı olsun
[cavab]
Dovwanim
7 Dek 2013 / 20:49
men deyiremki qaqa torpaga girmekden qorxuram.hemde hec kim bilmezki gunahi azdi ya coxdu.men evdekilere deyiremki olenden sonra yandirin meni torpaqdan qorxuram
[cavab]
@BAKILI_BALASI@
7 Dek 2013 / 21:01
aze, dogrudur.
[cavab]
aze
7 Dek 2013 / 21:30
Dovwanim, xaçperestsiz siz??
[cavab]
aze
7 Dek 2013 / 21:30
@BAKILI_BALASI@, elhemdulilleh
[cavab]
Bölmeye qayıt