..::əyyubun səbri::..

pol aze 7 Dek 2013 / 05:09
Nə üçün səbirdən danışılanda
«Əyyubun səbri» məsəl çəkilir?
Cavab: Allah-təala öz peyğəmbəri
barədə buyurur: «Əyyubu yada
sal. Bir vaxt o, Rəbbinə dua edərək
belə demişdi: «Mənə bəla üz verdi.
Sən rəhimlilərin rəhimlisisən» .
Ənbiya surəsi, ayə 83
İmam Sadiqdən (ə) Əyyubu
ağuşuna almış bəlaların səbəbi
haqqında soruşulanda, Həzrət
buyurdu: «Əyyuba üz vermiş
bəlaların səbəbi, onun ilahi
nemətlər qarşısında çox şükr
etməsi idi. Əyyubun imanına həsəd
aparan İblis, onun çox şükr
etməsini nemətə qərq olması ilə
əlaqləndirmişdi . O, Allah
dərgahına belə ərz etmişdi: «Sən
Əyyubdan dünya nemətlərini
alsan, görərsən ki, o şükr
edənlərdən deyil. Mənə icazə ver,
sübut edim ki, dediklərim
doğrudur».
Bu əhvalatı bütün
həqiqətsevərlər üçün dəlil olsun
deyə, Allah-təala İblisə icazə verdi,
İblis əvvəlcə Əyyubun var-
dövlətini, sonra övladlarını əlindən
çıxardı. Lakin bu hadisələr
Əyyubun şükrünü daha da artırdı.
Daha sonra Əyyubu xəstəliyə
düçar edib, hey-hərəkətini əlindən
aldı. Lakin Əyyub şükrünü davam
etdirirdi. İblis bu böyük insanın
iradəsini qırmaq üçün hücumlarını
şiddətləndirdi. Ətrafdakıların «axı
nə günah etmisən ki, belə bəlaya
düşmüsən» kimi qınaqları
Əyyubun qəlbini parçalayırdı.
Amma misilsiz bəlalar qarşısında
Əyyub son nəfəsədək şükründən
əl çəkmədi. Beləcə, «Əyyub səbri»
zərbi-məsələ çevrildi.

[cavab]

pol ErRoR_KraLichA 7 Dek 2013 / 14:53

[cavab]

pol aze 7 Dek 2013 / 14:58
ErRoR_KraLichA, Allah razı olsun

[cavab]

pol A_ceyhun 7 Dek 2013 / 15:01
twk maraglidi

[cavab]

pol aze 7 Dek 2013 / 15:15
A_ceyhun, Allah razı olsun

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1986 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az