..::Allahın qurbanlığa ehtiyacı varmı?::..
aze
7 Dek 2013 / 05:02
Allahın qurbanlığa ehtiyacı varmı?
Cavab: Bəşər tarixində qurbanlıq
haqqında ilkin məlumatla Adəm
peyğəmbərin iki oğlunun
əhvalatında rastlaşırıq. «Onlar
qurban gətirdikləri zaman birinin
qurbanı qəbul edilmiş, digərinin isə
qəbul olunmamışdır» . Bütün
səmavi kitablarda, eləcə də,
Qurani-kərimdə ilahi hədlər
gözlənilməklə, Allah yolunda
qurban kəsilməsi alqışlanılır. Lakin
cəhalət üzündən bütün işlərdə
ifrata varan insanlar, bu işdə də
günaha yol vermişlər. Onlar ibadət
üçün xəlq olunmuş insan övladını
qurbanlıq etməkdən belə
çəkinməmişlər. Belələri, təbii ki,
Allahın qəzəbinə düçar olmuşlar.
Allah-təala İbrahim peyğəmbərə
(ə) oğlu İsmayıli qurbanlıq etməsi
üçün göstəriş verdiyi halda,
İbrahimin əlində bıçağın
kütləşməsi, Allahın qurbanlıq üçün
qoyun göndərməsi, bir daha vəhşi
adətlərin süqutudur.
Allahın qurbanlığa ehtiyacı varmı?
Cism olmayan ehtiyacsız Allah belə
buyurur: «Onların nə əti, nə də
qanı, əlbətdə, Allaha çatmaz. Allaha
çatacaq olan, yalnız sizin
təqvanızdır» .
Qurban kəsmək ibadətdir. Bütün
ibadətlərin əsas hədəfi, kamil
insan tərbiyəsidir. Qurban kəsən
insan fədakarlıq məktəbi keçərək,
şəhadət üçün hazırlıq görür.
Qurbanlığın digər bir əhəmiyyəti
də, fəqir və miskinlərin yada
salınmasıdır.
[cavab]
Bölmeye qayıt