..::Qəlbdə həqiqətə şübhə doğuran kimdir?::..

pol aze 7 Dek 2013 / 04:58
Qəlbdə həqiqətə şübhə doğuran
kimdir?
Cavab: Batilə arxa çevirib,
həqiqətə üz tutan insan şeytanın
hədəfinə çevrilir. «O şeytan ki,
insanların ürəklərinə vəsvəsə
salır» .
Nas surəsi, ayə 5.
Quran ayələrindən məlum olur ki,
bu vəsvəsələrdən kimsə
suğortalanmamış dır: «(Ya
Məhəmməd) Səndən əvvəl də elə
bir rəsul, elə bir nəbi göndərmədik
ki, şeytan onun arzu-diləyinə bir
xələl qatmasın. Lakin Allah
şeytanın vəsvəsəsini batil edər» .
«Həcc» surəsi, ayə 52.
Lakin şeytanın insana təlqini
cavabsız da qala bilər. Agah və
imanlı insanların həqiqəti batildən
seçməkdə heç bir çətinliyi yoxdur.
Quran oxuyan insanın qəlbində
nüfuz edib ayələrə şübhə doğuran
şeytan, daim iki münasibətlə üz-
üzədir: o, agah və imanlı insandan
rədd cavabı alır, cahil insanları
tovlamağa nail olur.
İslam düşmənləri şeytanın
nüfuzunu təsdiq edən ayələrdən
sui-istifadə edərək, hətta həzrət
Peyğəmbərin (s) də tovlandığını
iddia edirlər. Bu müddəaya da
yalnız avamlar inana bilər. Əgər
şeytan agah və imanlı adi insanı
aldada bilmirsə, daim ilahi
göstərişlərdən faydalanan
Peyğəmbəri necə aldada bilər?!
(Xatırladaq ki, Adəmlə şeytanın
əhvalatında Adəm günaha yol
verməmişdi. Sadəcə, yaxşı bir iş
tərk olunmuşdu).

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1536 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az