..::İmam Mehdinin (ə.f.) öz bayrağı::..
aze
7 Dek 2013 / 04:24
İslam ümmətinin rəhbəri İmam
Mehdinin (ə.f.) öz bayrağı var.
Əbu Bəsir İmam Sadiq (ə) belə nəql
edir: “İmam Qaim (ə) Məkkədə
zühur edəcək və ətrafını
insanlardan ibarət olan bir çevrə
bürüyəcək.
Soruşdum ki, onların sayı nə qədər
olacaq?
İmam (ə) buyurdu: 10.000 nəfər.
Cəbrayıl (ə) onun sağ tərəfində,
Mikayıl (ə) isə onun sol tərəfində
olacaq və İmam (ə) qələbə
bayrağını dalğalandıraraq
hərəkət edəcək. Yer üzünün şərq
və qərbində olanlar həmin
bayrağa lənət yağdıracaqlar.
Halbuki o elə Cəbrayılın (ə)
Peyğəmbərə (s) Bədr döyüşündə
gətirdiyi bayraqdır.
Sonra buyurdu: Ey Əbu-
Muhəmməd! Allaha and olsun ki, o
bayraq sap, kətan, yaxud da
hərirdən deyil.
Soruşdum ki, bəs o bayraq
nədəndir?
İmam (ə) belə buyurdu: O, behişt
yarpaqlarındand ır. Peyğəmbər (s)
onu Bədr döyüşündə açdı, sonra
büküb İmam Əliyə (ə) verdi və o
vaxtdan həmin bayraq İmam
Əlinin (ə) yanında idi. Cəməl
döyüşümdə İmam Əli (ə) həmin
bayrağı açdı və Allah ona qələbə
çaldırdı. Sonra İmam (ə) həmin
bayrağı bükdü və indi o bizim
yanımızdadır. Heç kim İmam Qaim
(ə) qiyam edənə kimi onu
açmayacaq. Elə ki, o, qiyam etdi,
həmin bayrağı açacaq, şərq və
qərbdə olanlar onu lənətləyəcək.
Həmin bayraq hərəkət etdiyi
zaman bir aylıq məsafə boyu dörd
bir tərəfə qorxu yayar və hamını
qorxu bürüyər”.
“İsabtul-hüdat” , c.5, səh.545,
rəvayət 533.
[cavab]
Bölmeye qayıt