..::Allahın sevimli qulu::..
aze
6 Dek 2013 / 02:39
Allahın sevimli qullarından biri bir
yuxu görər; yuxusunda özünə
belə deyilir: "Səhər olunca, qarşına
ilk çıxanı ye, ikinci çıxanı saxla,
üçüncü çıxanın diləyini qəbul et,
dördüncü gələni üzmə, beşincidən
də qaç!" Səhər oldu; çölə çıxdı.
Yola qoyulub getdi. Qarşısına bir
dağ çıxdı. Bu böyük dağı görüncə
çaşdı. Öz-özünə belə dedi: Rəbbim
mənə bunu yeməmi əmr etdi.
Sonra belə dedi: Rəbbim mənə
gücümün çatmayacağı bir şeyi
əmr etməz. Onu yeməyə qərar
verdi. Dağa doğru getdi.
Yaxınlaşdıqca dağ kiçildi. Tam
yaxınlaşdığı zaman böyük dağ bir
loxmaya çevrilmişdi. Onu tutub
yedi, baldan
şirin tapdı. Allaha həmd etdi, getdi.
Qarşısına altından bir ləyən çıxdı.
Belə dedi:
Rəbbim, bunu da saxlamamı əmr
etdi. Bir çuxur qazdı, onu basdırdı.
Getdi, az getdikdən sonra dönüb
baxdı. Ləyən torpaq üzünə
çıxmışdı. Geri döndü, təkrar
basdırdı. Bir az getdi; baxdı ki,
yenə çıxmış bir daha basdırdı,
yenə torpaq üstünə çıxdı. Öz-
özünə, "Mən əmr ediləni etdim."
deyərək buraxıb getdi. Qarşısına
bir quş çıxdı. Arxasından bir şahin
onu qovurdu. Quş ona belə dedi:
"Ey Allahın sevimli qulu, məni
saxla. Mənə kömək et." Onu
götürdü. Arxasından şahin gəldi;
belə dedi: "Ey Allahın sevimli qulu.
Səhərdən bəri də bu quşun
arxasındayam. Onu tutmaq
istəyirəm. Qismətimə mane olma.
Öz-özünə belə dedi: "Üçüncünün
diləyini etməm əmri verildi, etdim.
Dördüncünü üzməməm əmr edildi.
İndi nə edəcəyəm? Bu işə çaşdı.
Sonra bıçaq götürdü; öz
uyluğundan bir parça ət kəsdi,
şahinə atdı; o da qapıb qaçdı. Daha
sonra quşu saldı. Bundan sonra,
getdi. İylənmiş bir leş gördü. Onu
da buraxıb qaçdı.
Axşam olunca bu duanı etdi: "Ya
Rəbbi, əmrini yerinə yetirdim. Bu
işlərin mənası nə isə mənə bildir.
Daha sonra, yuxusunda belə izah
edildi: "Birinci görüb yediyin
hirsdir. Əvvəl böyük bir dağ kimi
görülər; səbrlə hirs udulsa, baldan
şirin olar. İkincisi yaxşı əməlindir.
Nə qədər saxlasan saxla; yenə
meydana çıxar. Üçüncüsü, sənə
buraxılan bir əmanətdir, ona
xəyanət etmə. Dördüncüsü budur:
Bir insanın sənə bir diləyi çatsa,
onu yerinə yetir; istəsə sənə lazım
olan bir şey olsun. Beşincisi
qeybətdir. İnsanların qeybətini
edənlərdən qaç. Şübhəsiz hər şeyi
bilən Allahdır....... ...
[cavab]
Bölmeye qayıt