..::Təbii fəlakətlərin səbəbi::..
aze
6 Dek 2013 / 02:30
Təbii fəlakətlərin səbəbi nədir?
Cavab: Son dövrlər planetimizi
bürümüş təbii fəlakətlərin səbəbi
hamını maraqlandırır. Əslində isə,
bu sualın cavabı olduqca sadədir.
Allah-təala buyurur: «Allah bir
şəhəri misal gətirir. O şəhər əmin-
amanlıq və arxayınlıq içində idi.
Ruzisi də hər yerdən bol-bol
gəlirdi. Lakin əhalisi Allahın
nemətini inkar etdi. Allah da həmin
şəhərin sakinlərinə etdikləri
əməllərə görə, aclıq və qorxu
bəlası daddırdı» .
«Nəhl» surəsi, ayə 112.
Qurani-kərimdə Nuhu inkar
edənlərin selə qərq olduğu, Ad və
Səmud tayfalarının
günahkarlıqları müqabilində
dəhşətli sarsıntıya bürünərək diz
üstə düşüb qaldıqları, qadınları
qoyub, kişilərə şəhvətlə yanaşan
Lut tayfasının əzab yağışına düçar
olduğu və başqa ibrətamiz
əhvalatlar rəvayət olunur. Hər bir
millət Allaha etiqadı müqabilində
üç böyük nemətlə mükafatlandırıl
ır: əmin-amanlıq, gələcəyə inam,
gen-bol ruzi.
İmam Sadiq (ə) buyurur: «Bəni-
İsraildən bir tayfa o qədər gen-
bolluq, rifah içində yaşayırdı ki,
hətta uşaqlarının oyuncaqları da
qida maddələrindən hazırlanmışdı.
Amma bu tayfa axırda bir günə
düşdü ki, həmin oyuncaqları
yeməyə məcbur oldu» .
Demək, bütün bəlaların, eləcə də,
təbii fəlakətlərin səbəbi,
«İnsanların dünyanı axirətdən
üstün tutmasıdır» . Nəhl surəsi,
ayə 107
[cavab]
(=AyaN=)
6 Dek 2013 / 02:39
Cox maragliydi cox sagol
[cavab]
aze
6 Dek 2013 / 03:34
(=AyaN=), Allah razı olsun
[cavab]
Bölmeye qayıt