yaxşılığın düsturu

pol spange 9 Okt 2012 / 22:36
Yaxşılığın düsturu

Günlərin birində varlı ailədə böyüyən balaja qızjığaz atası ilə oyuncaq mağazasına gəldi. Bura şəhərin ən iri mağazalarından biri idi. Mağazada uşaqlar üçün istənilən çeşiddə oyuncaq və digər ləvazimatlar satılırdı.
Qızcığaz mağazanı xeyli gəzib dolaşdı. Nəhayət, rəflərdən birinin qarşısında dayandı. Bu rəfdə iri oyuncaqlar yer almışdı. Qızcığaz boyu bərabərində olan gəlinciyi görüb çox sevindi. Sonra da əlində tutduğu pullara baxıb atasından soruşdu.
- Bunlar bəs edər?
Atası başını tərpədərək «hə» bildirdi və qızını qucaqlayıb kassaya tərəf apardı.
Elə bu zaman onlar atası ilə alış-verişə çıxmış balaca oğlanın kassanın yaxınlığındakı rəfdə düzülmüş oyunjaqlara sevinclə baxdığını gördülər. Qısa şalvar, köhnə köynəkdə olan uşaq rəfdəki oyuncaqların arasından seçdiyi konstruktoru qucaqlayıb atasına baxdı. O, həyəcanla «elə istədiyim bu idi» - dedi. Sonra da əlindəki pulu göstərib soruşdu:
- Ata, bunlar yetər?
- Atası başını aşağı saldı. O, sadəcə, başı ilə «yox» bildirdi. Uşaq ovcundakı pullara baxıb köks ötürdü və əlindəki oyuncağı yerinə qoydu. Sonra sakitcə atasının əlindən tutub kitab və rəngli karandaşlar düzülmüş rəfə tərəf yollandı.
Bütün olanları kənardan izləyən qızcığaz seçib bəyəndiyi, bərk-bərk qucaqladığı iri gəlinciyə bir daha baxdı və aparıb yerinə qoydu. Sonra oğlanın seçdiyi oyuncaq rəfinə yaxınlaşdı. Konstruktoru götürüb atasına baxdı:
- Yetər? - deyə soruşdu.
Qızının hərəkətlərini diqqətlə izləyən atası yenə də başı ilə təsdiq etdi.
Onlar kassaya yaxınlaşdılar. Pulu ödədilər. Sonra qızjığaz kassirə nəsə pıçıldadı və atasını kənara çəkib gözləməyə başladı. Az sonra oğlan əlində bir boyama dəftəri atası ilə kassaya yaxınlaşdı. Kassir həyəcanla:
- Sizi təbrik edirəm, bu günün ilk müştərisi olduğunuz üçün hədiyyə qazandınız - deyib konstruktoru uşağa uzatdı.
- Super! - deyə sevincindən atılıb-düşən uşaq atasına:
- Bu mənim ən çox sevdiyim şey idi, bilirsən?
Ata-oğul sevinc içində mağazanı tərk etdilər.
Balaca qızcığazın atası isə heç nə anlamadan övladına baxıb:
- Axı, niyə belə etdin? - deyə soruşdu.
Etdiyi hərəkətdən çox məmnun qalan qızcığaz fərəhlə:
- Atajan, yadındadır, bu pulu mənə verəndə «səni ən çox xoşbəxt edəcək bir şey al!» - demişdin.
- Təbii ki, elə dedim, şirinim.
- Mən də eynilə elə etdim, atajan. İndi bilsən ki, nə qədər xoşbəxtəm

[cavab]

pol nina* 9 Okt 2012 / 22:58
cox gozel..bawqasini sevindirmek tek yaxwiliq deyil hem de ozumuzun xowbextliyidi..kaw her kes bu balaca qiz kimi ola

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2225 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az