..::Dedim Dedi::..
aze
5 Dek 2013 / 18:02
Dedim: Çox tənhayam.
Dedi: Mən ki sənə çox yaxınam.
(«Bəqərə»,186)
Dedim: Bilirəm SƏN mənə yaxınsan,
amma mən SƏNDƏN uzağam. Kaş ki
mən də SƏNƏ yaxın ola biləydim....
Dedi: Səhər-axşam yalvararaq,
qorxaraq, səsini RƏBBİNİ yad et.
("Əraf", 205)
Dedim: Bu da SƏNİN köməyini
istəyər.
Dedi: ALLAHIN sizi bağışlamasını
istəməzsinizmi? («Nur», 22)
Dedim: Əlbəttə ki, məni
bağışlamağını çox
istəyirəm.
Dedi: (Elə isə) RƏBBİNİZDƏN
bağışlanmağınız ı diləyin və ONA
tövbə edin. Həqiqətən, RƏBBİM
(bəndələrinə) rəhm edəndir,
(onları çox) sevəndir! («Hud», 90)
Dedim: Çox günahkaram, bu qədər
günahla mən nə edim?
Dedi: Məgər onlar bilmirlər ki,
ALLAH qullarından tövbə qəbul
edər, sədəqə (zəkat) alar. Və ALLAH
tövbələri qəbul edəndir,
rəhmlidir?! («Tövbə», 104)
Dedim: Dəfələrlə tövbə edib
tövbəmi pozdum, artıq üzüm
qalmadı.
Dedi: Günahları bağışlayan,
tövbələri qəbul edən, cəzası
şiddətli, kərəmi böyük olan
(ALLAHDIR)! Ondan başqa heç bir
ALLAH yoxdur. ("Ğafir", 3)
Dedim: Bu qədər günahım var,
hansının tövbəsini
edim?!
Dedi: ALLAH bütün günahları
bağışlayandır. («Zumər», 53)
Dedim: Yəni gəlsəm, yenə məni
bağışlayarsanmı ?
Dedi: Axı günahları ALLAHDAN
başqa kim bağışlaya bilər? («Ali-
İmran», 135)
Dedim: Nə qədər gözəlsən
ALLAHIM! Bilmirəm bu sözlərin
qarşısında nə üçün içim içimə
sığmır və şam kimi yanmağa
başlayıram, Səni çox sevirəm.
Dedi: Şübhəsiz ki, ALLAH tövbə
edənləri və təmizlənənləri sevir.
Birdən: “RƏBBİM, mənim
SƏNDƏN başqa kimim var”, -dedim.
O da: “ALLAH ÖZ bəndəsinə kifayət
deyilmi?” («Zumər», 36) — dedi.
Dedim: SƏN ki məni bu qədər çox
sevirsən və mənə qarşı bu qədər
həlimsən mən nə edə bilərəm?
Dedi: Ey iman gətirənlər! ALLAHI
çox zikr edin!
Onu səhər-axşam təqdis edib
şəninə təriflər deyin!
(Sübh,zohr,esr, sam və isa
namazlarını qılın!). Sizi zülmətdən
nura çıxartmaq üçün mələkləri ilə
birlikdə sizə mərhəmət bəxş edən
Odur. (Və ya: mələkləri də Ondan
sizin bağışlanmağınız ı dilərlər!).
ALLAH möminlərə rəhm edəndir!
("Əhzab", 41-43)
ALLAHım günahlarımı bağışla
İNŞALLAH...
[cavab]
A_ceyhun
5 Dek 2013 / 18:21
Amin cumlemizin Inwallah
[cavab]
FUAD235
5 Dek 2013 / 18:23
Çox Təşəkkür Edirəm gözəl Mövzudu..Allah Razı Olsun.
[cavab]
aze
5 Dek 2013 / 18:44
A_ceyhun, Allah razı olsun
[cavab]
aze
5 Dek 2013 / 18:44
FUAD235, Allah sene yar olsun
[cavab]
Bölmeye qayıt
0.1445 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az