Bu şəhərdə necə insanlar yaşayır?

pol ozdunyamiz 9 Okt 2012 / 17:49
Bir gün ahıl yaşlı bir kişi oazis kənarında oturaraq, gəlib-keçən insanları seyr edirdi. Elə bu an gənc bir oğlan qocaya yaxınlaşaraq:

-Salam. Mən bu şəhərdə yeniyəm. Maraqlıdır, burda necə insanlar yaşayır? - deyə sual verdi.

Yaşlı adam gəncin sualına sualla cavab verdi:

-Oğul, sənin gəldiyin şəhərdə insanlar necə idilər?

-Heç soruşmayın. Çox aqressiv və bədxasiyyət insanlar idi. Elə ona görə şəhərimi rahatlıqla tərk edib bura pənah gətirmişəm.

-Elə burda da eyni insanlarla rastlaşacaqsan! - deyə qoca cavab verdi.

Bir az keçmiş qoca adama daha bir gənc yaxınlaşaraq eyni sualla müraciət etdi. Qoca bu dəfə də cavab vermədən əvvəl gəncdən öz doğma şəhərində insanların necə yaşadıqlarını soruşdu.

Bu dəfəki gəncin cavabı daha fərqli idi.

Belə ki, bu gənc şəhərində insanların gülərüzlü, xoşrəftar olduqlarını, doğma şəhərində çoxlu dostlarının var olduğunu və onlardan uzaq olmanın nə qədər acı olduğunu qocaya nəql etdi.

Qoca oğlana gülümsəyərək:

-Narahat olma, oğul, sən burda da özünə sadiq dostlar tapacaqsan, - deyə cavab verdi.

Qocaya ilk yaxınlaşan gənc bir kənarda durub qocanın yeni gələn qonaqla söhbətinə qulaq asırdı.

İkinci gənc qocadan ayrılar-ayrılmaz o tez qocaya yaxınlaşıb heyrətlə:

-Necə olur ki, biz sizə eyni sualı verdiyimiz halda bizə fərqli-fərqli cavablar verdiniz? - deyə soruşdu.

-Oğlum, hər bir insan öz dünyasını ürəyində daşıyır. Keçmişdə yaşadığı torpaqlarda yaxşı heç nə tapa bilməyən insan çətin ki, burda xoş nə isə tapsın. Əksinə, yaşadığı şəhərdə çoxlu dost qazanmış insan burda da özünə sadiq dostlar tapa bilər. Unutma, hər birimiz ətrafımızda məhz axtardığımızı tapır, görmək istədiyimizi görürük...

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1213 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az