..::Pulsuzluğa göre kefini pozursan?::..

pol aze 4 Dek 2013 / 05:19
Pulsuzluğun üzü qara olsun deyib
heyfslənən dostum, nədən buna
görə kefini pozursan ?
Pulun yoxdu deyə tanışların xarici
maşında gəzəndə sən metroda
qatarla gedirsən ?
- Eybi yox..Axirət günündə hamı
ayaqların gəzəcək..
Dostların hər mövsümdə yeni
paltar alanda sən eyni şalvar
köynəyi artıq 3 ildi geyindiyinə
görə kədərlənirsən ??
- Canın sağ olsun..Öləndə onsuz
hamımız 1 parça kəfən
aparacağıq..
Çox vaxt pulsuzluğa görə
görüşlərdən, yığıncaqlardan
qalırsan ?
- Eybi yox..Restoranda dostlarınla
yeyib içməyə pulun çatması vacib
deyil..Əsas odur ki, ac
qalmırsan..Evin də ALLAH verən
ruzi var..
Pulun yoxdu deyə özünə
kompyüter ala bilmirsən ??
- Səbr elə..Həlilik 40 - 60 qəpiklə
İnternet klublarla kifayətlən..Vax t
gələr sən də alarsan..
Tanışların hər dəfə ən son mobil
telefonları alanda sən artıq neçə
ildi eyni köhnə markalı telefonu
işlətdiyinə üzülürsən ??
- Dərd eləmə, dostum..Həyat ki,
mobil telefondan ibarət deyil..Bir
az pozitiv düşün..Əsas olan odur ki,
zəng gəlib gedir..Məgər sənə də bu
lazım deyil ??
Pula görə hörmət qoyan insanları
görüb özündən çıxırsan ? Bəzən
sənə də pula görə hörmət
qoyurlar ?
- Vecinə alma..Sən öz gücünə
hörmət qazan..Öz insanlığın ilə
hamının sevimlisi ol..Pul isə gəldi
gedərdi..
Pulun yoxdu işə götürən yoxdu
səni ??
- Eybi yox..Kefini pozma..Bir gün
yox yerdən sənə də qapı açılar..
Pulun yoxdu deyə çox şeyin də
yoxdur..Bunumu özünə dərd
edirsən ?
- Şükür elə ki, iki qolun və bir dilin
var..İstədiyin vaxt əlini göyə
qaldırıb ALLAHa dua edə bilirsən..
Pulun yoxdu deyə əziyyət
çəkirsən ?
- Bu dünyaya biz kef çəkmək üçün
gəlməmişik..ALL AH Təala öz
bəndəsini sınağa çəkər..Sınaqdan
üzü ağ çıxmağa çalışmaq
lazımdır..Onu bil ki, möminin
mükafıtını Yaradan Axirət günü
verər..
İndi sən de, dostum, pulsuzluğu
özünə dərd etməyə dəyərmi ?

[cavab]

pol VIP_AZERBAIJAN 4 Dek 2013 / 09:18
Superr

[cavab]

pol (=LoVe=) 4 Dek 2013 / 10:13
Halaldi

[cavab]

pol wersace 4 Dek 2013 / 10:34
aze, qaqa pullu oldun ,pulsuz oldun bu dunyadan ag parcayla gedecen.qir qizilla yox

[cavab]

pol DuA_eDeN_eLLeR 4 Dek 2013 / 11:57
Oh Be TeSeLLi oLDu xD)

[cavab]

pol aze 4 Dek 2013 / 12:09
VIP_AZERBAIJAN, Allah razı olsun

[cavab]

pol aze 4 Dek 2013 / 12:10
(=LoVe=), Allah razı olsun

[cavab]

pol aze 4 Dek 2013 / 12:10
wersace, Allah razı olsun

[cavab]

pol aze 4 Dek 2013 / 12:11
DuA_eDeN_eLLeR, xmm)))azda olsa teselli oldu)

[cavab]

pol KinG_oF_WorLD 4 Dek 2013 / 12:39
twk

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1483 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az