..::Qadın Quranda::..
aze
4 Dek 2013 / 04:47
Allah-təala Quranda qadınlar
barəsində “Nisa” adlı (“Qadınlar”
surəsi) bir surə nazil edib. Burada
qadınların hüququ, evlənmə, iffət,
idarəetmə, ailə saxlamaq və
cəmiyyətin ilkin bünövrəsini yaxşı
qurmaq, yəni ailə mühiti, ər-arvad
və cəmiyyətin digər üzvlərinin bir-
birləri qarşısında olan hüquq və
vəzifələri barəsində qanunlara
riayət etməyə aid lazımi hökmlər
verilib. Quranın digər surələrindəki
ayələrdə də həmçinin, bu mövzuda
çoxlu göstərişlər qeyd edilir.
Qərblilər çoxarvadlılıq barədə
dəhşətlə danışsalar da, özləri
(qeyri-qanuni və qeyri-insani
yolla) bir neçə qadına sahib olurlar.
Amma Quran bu barədə aşkar
şəkildə buyurur: «Əgər ədalətə
riayət etməkdən qorxursunuzsa,
bir qadınla kifayətlənin».
Rəvayətdə nəql olunur ki,
Peyğəmbərin (s) zövcələrindən biri
Ümmü Sələmə O Həzrətdən (s)
soruşdu: «Quranda kişilərin hicrət
və fədakarlığından çox bəhs
olunub, ancaq qadınlar barəsində
hicrətdən heç bir söz
eşitməmişəm».
Bu zaman «Ali-İmran» surəsinin
195-ci ayəsi nazil oldu.[7] Ayənin
tərcüməsi belədir: «Allah onların
(düşüncə sahiblərinin) dualarını
qəbul etdi və (buyurdu) – istər
kişi, istərsə də qadın olsun, mən
heç birinizin əməlini puça
çıxarmaram. Siz hamınız həmnöv
və bir–birinizdəns iniz. And içirəm
ki, hicrət edənlərin, öz
yurdlarından çıxanların, Mənim
yolumda əziyyətə düçar olanların,
vuruşanların və öldürülənlərin
günahlarını bağışlayacam və onları
ağacları altından çaylar axan
behiştlərə daxil edəcəm. Bu, Allah
tərəfindən bir mükafatdır və ən
yaxşı mükafat Allah yanındadır».
Bəzi rəvayətlərdə yuxarıdakı
ayənin Fəvatim barəsində, yəni
Fatimə binti Əsəd (s), Fatimeyi
Zəhra (s), Zübeyr qızı Fatimə,
Ümmü Əymən və bir neçə digər
şəxslərin haqqında nazil olunduğu
bildirilir. Həzrət Peyğəmbərin (s)
Mədinəyə hicrətindən sonra onlar
da Məkkədən hicrət edib özlərini
Mədinədə Peyğəmbərə (s)
çatdırdılar. Belə nəticə alırıq ki,
İslamda qadın kişi ilə eyni
səviyyədə və eyni şəxsiyyətə
malikdir. Hicrət etmək, haqqın
müdafiəsi, döyüşçülərə kömək
etmək kimi mühüm işləri onlara
tapşırmaq olar və onlar böyük
mənəvi mükafatlara nail olarlar.
Zövcələrin çoxluğu, ona (qadına)
kömək və himayədir, nəinki onun
şəxsiyyətini sındırmaq. Misal üçün,
müharibələrin artması nəticəsində
qadınların başsız qalıb, nəticədə
yollarını azması təhlükəsi yarana
bilər. Lakin çoxsaylı evlənmələrə
icazə vermək qadın cinsinə xidmət
etməklə yanaşı, qadını
ləkələnməkdən qoruyur.
[cavab]
Bölmeye qayıt
0.1897 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az