..::HəZRƏT ƏLININ(Ə) ÖZÜNÜ ƏLƏ ALMASI::..
aze
4 Dek 2013 / 04:37
HƏZRƏT ƏLİNİN (Ə) ÖZÜNÜ ƏLƏ
ALMASI
İnsan təbii şəraitdə özünü daha
yaxşı ələ ala bilər. Belə ki, müxtəlif
pislik və günahlardan çəkinərək
iradəsinə hakim olar. Ləkin qəzəb,
hirs və əsəbləşdikdə insanın haqqı
görməsi və Allahı xatırlaması
olduqça çətin və ağırdır. Buna
görə də cinayətlərin çoxu adətən
insanın əsəbləşdiyi vaxt baş verir.
Amma kamilliyə çatıb, nəfsini
tərbiyə etmiş Həzrət Əli (ə) kimi
ülvi bir insanın rəftar və davranışı
digər insanlardan fərglidir. Hər
hansı bir vəziyyətdə olursa olsun,
yalnız Allahın razlığını nəzərdə
tutur, Allaha görə olmayan
işlərdən çıkinirdi. İstər evdə olsun,
istər müharibə meydanında, istər
sevincli anlarında olsun, istərsə də
əsəbləşəndə, onun üçün heç bir
fərgi yox idi. Məsələnin daha da
aydınlaşmasında n ötrü o Həzrətin
müharibə meydanındakı rəftarına
diqqət yetirək. Bütün Mədinə
xalqının şəhər ətrafında böyük
xəndəklər qazaraq, düşmənin
yolunu bağlamaq üçün su ilə
doldurduğu Xəndək
müharibəsində məşhur ərəb
cəngavəri Əmr ibn Əbdüvəd
düşmən əsgərləri arasında
dolanaraq döyüşmək üçün özünə
rəqib axtarırdı. Müsəlmanlar
arasında onunla döyüşə girməyə
heç kəs cəsarət etmirdi. Elə bu
vaxt Həzrət Əli (ə) mətin
addımlarla irəli addımlayyıb iman
dolu qəlbi ilə onun qarşısına
çıxaraq belə buyurdu:”Ey Əmr!
Başından yekə danışma! Səninlə
döuüşmək istəyən qarşındadır!”
Əmr Həzrət Əliyə (ə) baxıb lovğa-
lovğa dedi:”Geri qayıt! Səni
öldürmək istəmirəm. Çünki atanla
dost olmuşam.” Əli (ə) ona belə
cavab verdi: “Allaha and olsun,
mən isə səni öldrümək istəyirəm.”
Bu sözdən hirslənib atından düşən
Əmr (ə) onu yalnız bir zərbə ilə
yerə yıxıb öldürmək üçün
sinəsinin üstündə oturdu. Bu
zaman Əmr Həzrət Əlinin (ə)
mübarək üzünə tüpürdü. Həzrət Əli
(ə) birdən Əmrin sinəsi üstündən
qalxıb bir müddət meydanda
yeridikdən sonra təzədən Əmrə
tərəf getdi. Əmr soruşdu:”O cür
zərbədən sonra məni
buraxmağının mənası nədir?”
Həzrət Əli (ə) buyurdu:”Ey Əmr!
Mən Allah üçün qılınc cəkirəm, öz
nəfsim üçün yox. Səni yerə yıxıb
sinən üstündə oturduğum vaxt
üzümə tüpürdün və məni
hirsləndirdin. Əgər o anda səni
öldürsəydim, savab
qazanmayacaqdım . Şünki artıq
əsəbləşmişdim. Səni məni
əsəbləşdirdiyin ə görə
öldürəcəydim, Allaha görə yox.
Buna görə də sənin üstündən
qalxdım və bir az yeriyib hirsimi
yatırtdım”. Həzrət Əlinin (ə)
şücaəti, səbri və nəfsinə hakim
olması ərəb pəhlivanı Əmrə çox
böyük təsir etmişdi. Hamı-istər
dost, istərsə də düşmən, Həzrət
Əliyə (ə) diqqət yetirirdi. Dostların
dilindən təkbir səsləri ucalarkən,
düşmənin canını artıq qorxu
bürümüşdü ki, bu da düşmənin
tam məğlubiyyətinə zəmin
hazırladı. Həzrət Peyğəmbər (s)
Əlinin (ə) bu parlaq qələbəsi
haqında belə buyurdu: “Əlinin
Xəndək müharibəsində gördüyü iş
və endirdiyi zərbənin dəyəri Allah
yanında insanların və cinlərin
ibadətindən daha çox və üstündür
[cavab]
Bölmeye qayıt