Omrunde Birce Defe Sev
KrutoY_YeTiM
3 Dek 2013 / 23:16
Yalnız olanlara,
Sevgi kəpənək kimidi, onun ardına qaçarsan o
səndən uzaqlaşar... Ən yaxşısı burax uçsun, inan
ki heç gözləmədiyin bir anda gəlib çiyninə
toxunacaq ... Sevgi xəşbəxt edər, bəzən də
hüzün verər. Amma sevgi özəldir, sənin sevginə layiq olan birinə verərsən əgər ...
Sevgilisi olanlara,
Sevginin məqsədi onun üçün “mükəmməl
insan” olmaq deyil, səni mükəmməliyə ən çox
yaraşdıran insanı tapmaqdır ...
Qəlb oğrularına,
Sevmədiyin birinə əsla “səni sevirəm” demə
…Qəlbində olmayan duyğulardan varmış kimi
söz etmə. Kimsənin həyatına qəlbini qırmaq
üçün girmə. Sevgi dolu baxan gözlərə əsla
yalan söyləmə, çünki birinə verəbiləcəyin ən böyük acı aşiq olmadığın birini özünə aşiq
etməkdir ...
Evli olanlara,
Sevən insan “sənin səhvin” yerinə “ üzr
istəyirəm” deyəndir... “Hardasan” yerinə “mən
burdayam” deyəndir ... “bunu necə etdin?!”
yerinə “niyə etdiyini başa düşürəm”
deyəndir ...və sevgi “kaş ki” yerinə daima “yaxşı ki” deyəndir ... Qəlbi qırıq olanlara,
Qəlb yarası siz qanatmaqdan vaz keçincə
davam edər və bunun dərmanı bu acıya
öyrəşmək deyil, ondan dərs ala bilməkdir ...
Aşiq olmaqdan qorxanlara,
Aşiq ol amma sevməsi üçün israr etmə, anla
amma gözləmə, paylaş amma istəmə, yaralan
amma əsla acını özlüyündə böyütmə ... Sevdiyi şəxsi daha çox sahiblənənlərə,
Sevdiyin insanı başqa biri ilə xoşbəxt olduğunu
görməkdən daha acı bir şey varsa, o da
sevdiyin insanın səninlə xoşbəxt olmadığını
görməkdir ...
Sevgisini etiraf etməyə çəkinənlərə,
Sevdiyindən ayrılınca sevgi acı verir, sevdiyin
tərk edincə daha da çox acı verir amma ən
acısı, onu nə qədər sevdiyini bilməsinə heç bir
fürsət verməməkdir ... Ey gənclər, sevdiyiniz
insana vaxtında “Səni Sevirəm” deyin, çox gec olmadan, deyin!
Dönməyəcək birini hələ də gözləyənlərə,
Həyatın ən kədərli anı, dəli kimi sevdiyin
insanın buna heç dəymədiyini gördüyün andır
və ən böyük itgin onun üçün sərf etdiyin
illərindir. Sənin sevginə bu bün layiq olmayan ,
bəlkə 10 il sonra yenə layiq olmayacaqdır ... Qoy getsin ...
red. KrutoY_YeTiM (03.12 /23:24)
[cavab]
GARDINER
3 Dek 2013 / 23:26
SEVGISINI ETIRAF ETMEYE CEKINENLER? EN ACISI ONU NE QEDER SEVDIYINI BILMESINE HEC BIR FURSET VERMEMESIDIR.....
[cavab]
GARDINER
3 Dek 2013 / 23:26
KrutoY_YeTiM,
[cavab]
(=Ilham=)
3 Dek 2013 / 23:29
[cavab]
Ayla
3 Dek 2013 / 23:57
ela super movzudu twk
[cavab]
KrutoY_YeTiM
4 Dek 2013 / 00:01
Reylere gore twkr.
[cavab]
ErRoR_FiGhT
4 Dek 2013 / 00:22
qesey...
[cavab]
ismet
4 Dek 2013 / 00:54
Bes sevgiden küsenler nağarsin. Xeyanet görenler, qarşiliqsiz sevenler, sevmediyi halda sevilenler, sever deye ayrılan dostlar, dahada sayimmi BES BİZ NE EDEK!!!!!!!
[cavab]
Bölmeye qayıt
0.1421 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az